Arayik Azərbaycanın Laçın yolu ilə bağlı tələblərini açıqladı: Vardanyan getməli və...

18-01-2023 11:20

Arayik Azərbaycanın Laçın yolu ilə bağlı tələblərini açıqladı: Vardanyan getməli və...
Qarabağdakı erməni separatçı-terrorçu dəstənin başçısı Arayik Arutunyan Xankəndidə öz ətrafı ilə qapalı görüş keçirib. Görüşdə Xankəndi-Laçın yolundakı vəziyyət və Azərbaycan tərəfinin tələblərindən bəhs olunub.

Dalidag.az xəbər verir ki, bu barədə “Hraparak” qəzetinin məlumatında qeyd edilib.

Arayik Arutyunyan Xankəndidəki separatçılara məlumat verib ki, Azərbaycan Laçın yolunun açılması ilə bağlı bir neçə tələb irəli sürüb. Bunlardan biri Ruben Vardanyanın Qarabağdan çıxarılması, digəri Ağdarədəki “Qızılbulaq” mədəninin fəaliyyətinin dayandırılmasıdır. Eyni zamanda rəsmi Bakı tələb edib ki, Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində Qarabağa və Ermənistana gedən bütün yüklər və nəqliyyat vasitələrinin yoxlanılması üçün rentgen skaner cihazları quraşdırılmalı və yüklərə nəzarət edənlər arasında  Azərbaycanın nümayəndəsi olmalıdır.

Başqa bir tələb separatçılara məxsusu ağır hərbi texnikanın geri çəkilməsidir.
Arayik Arutyunyan bildirib ki, əslində Azərbaycan tərəfi separatçılarla heç bir danışıqlar aparmır, bu tələblər vasitəçilik yolu ilə onlara təqdim olunub. Vasitəçilərə gəlincə, bunun Ermənistanın səlahiyyətliləri güman edilir.

Arutyunyan deyib ki, onlar bu tələbləri qəbul etməyiblər.

“Çünki onlar yerinə yetirildikdən sonra Laçın dəhlizin açılacağına və ya açılandan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur”, - deyə separatçıların başçısı qeyd edib. Arutyunyan yaxın ətrafına onu da deyib ki, çətin günlər hələ qarşıdadır, vəziyyət divara dirənib.modern.az
Dalidag.az


Kateqoriya: Qarabağ
Tarix: 18-01-2023 11:20
Baxış sayı: 3184
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını