Reklam

Səddam Laçın Dalidag.az Sevinc Qəribin təqdimatında Səddam Laçının şeirlərini təqdim edir: İLAYDA Yığıb qəpiklərimi iti addımlarımla metroya tələsirəm... Arxadan bir səs gəlir- "Sevdiyin qızın canı..." Bilirəm, dilənçidir, qızın sözün kəsirəm. Pul istəyir deyəmi Pulum qədər susuram? Nə deyəcəm bilmirəm. Gözlərinə baxıram və birdən soruşuram: -Mənim sevgisiz qızım, nə bildin sevdiyim var? sevdiyim qızın canı, əllicə qəpiyim var. Mənim qaraçı qızım, Səni sevən olub ki? Kim isə sevdiyinin canına

Təranə Vahid Dalidag.az Sevinc Qəribin təqdimatında Təranə Vahidin hekayəsini təqdim edir: GÜMÜŞ DURNALAR Elə xatirələr var ki, bahar kimidi... O gün nənəm köhnə corablarının altını yamadı, paltarını çeşidləyib, səliqəylə üst-üstə qalaqladı, qulağındakı gümüş sırğaları çıxarıb duzlu suda yaxşı-yaxşı yuyub parıldatdı. Sonra ovcuna qoyub bir xeyli tamaşa elədi. Sözün düzü, nənəmin sırğaları gümüşdən düzəldilmiş bir cüt zərif durnaydı. Elə bil ayaqlarını suya vurub bu an havaya qalxacaqdılar.

Aysel Nəsirzadə Dalidag.az Sevinc Qəribin təqdimatında Aysel Nəsirzadənin şeirlərini təqdim edir: SƏNSİZ UCALMAQ OLMAZ Hər dərddə mübtəda sən, hər ağrıya xəbərəm Ayı doğmayan gecə, günəş gəzən səhərəm. Sən məndən uzaqdasan, mən sənsiz bir təhərəm Belə öc almaq olmaz. Qəlbindən eşqi aldım,səpdim şeirin sətrinə Şeirim çiçək açdı, büründü eşq ətrinə. Bu qızın da mövludu düşüb təvəllüdünə Mənsiz qocalmaq olmaz. İki başı yoxuymuş qarğış kimi alqışın Dua etdim yazılsın qismətimə naxışın. Ən yüksək

Əli bəy Azəri Dalidag.az Sevinc Qəribin təqdimatında Əli bəy Azərinin hekayəsini təqdim edir: BİR XURMA HALALLIĞI O nun ölüm xəbəri bir anın içində bütün ölkəyə yayıldı. Acı xəbər elə belə olur, dünyanın o başında baş versə belə, simsiz xətlə hər yana yayılar. Mən də internetdən oxudum. Saytlardan çoxu elə belə də yazmışdı: “Metro Nağı dünyasını dəyişdi”. Son iyirmi ildə hamı onu bu adla tanıyırdı. Adam rəhbərlik etdiyi idarənin adını dəyişdirib “Yeraltı Nəqliyyat Agentliyi” qoydursa da

Banu Muharrem Dalidag.az Sevinc Qəribin təqdimatında Banu Muharremin şeirlərini təqdim edir: * * * Bu uzun ayrılığa canım necə dayandı?! Təbibim, sən bilirdin -ürəyim ağrıyandı. Dəniz yaxşı gələrdi, havası da, suyu da. Sən qaçdığım sahildin, su da, sahil də yandı. Tilsimləndim sözünə, kilidləndim səsinə Gözlərimə nur verdin, səhər sənə oyandım, Dadın dualarımın yağış hədiyyəsiydi, Yağışlara susayan dodaqlarım da yandı. Səndən uzaq yanarkən, adınla idi andım. Sənə səcdəgah, pir, ocaq kimi

İlqar Rəsul Dalidsg.az Sevinc Qəribin təqdimatında İlqar Rəsulun hekayəsini təqdim edir: TƏNHALIQ QORXUSU Yerlə göyün arasında − günəşin altında, tənha qovaq ağacının üstündə bir leylək can verirdi. Günəşin istisi, acından civildəşərək vurnuxan balalar və ağacın dibində yerini rahatlayıb mürgüləyən təkgöz tülkü ölüm anını daha da cansıxıcı edirdi... Onlar bu ağacın üstündə cütləşmişdilər. Məhəbbətləri insanların sevgisi kimi müvəqqəti həvəslərdən və maddiyyata yönələn arzulardan əziyyət

Vüsal Hicran Dalidag.az Sevinc Qəribin təqdimatında Vüsal Hicranın şeirlərini təqdim edir: * * * Dərd çinar boydadır, dərman qələmə, Sən nələr çəkirsən, a yazı masam. Tənhalıq güc gələr, kağız, qələmə, Bu qəm dumanından ayazımasam. Axı nə yazmışam, bir-iki sətir, Sözü təzə-təzə hecalayıram. Yenə dərd göyərir, yenə qəm bitir, Sevinci kədərə ha calayıram. Həsrət sağ əlini günün birində Başıma gətirib, əlimə çəkib. Sevincdən yazdığım şeirlərin də Bir suyu elə bil ələmə çəkib. Yazmazdım ayrılıq

İradə Aytel Dalidag.az Sevinc Qəribin təqdimatında İradə Aytelin hekayəsini təqdim edir : DƏYİŞMƏYƏN ÜNVAN Tələsik halda metroya daxil oldum və nəqliyyat kartımı turniketə yaxınlaşdırdım. Balansımın bitdiyini görüncə pul yükləmə aparatına tərəf getdim. Aparatın qarşısında növbə var idi. Öndə ayaq üstündə güclə dayanan yaşlı bir adam kartına pul qoymağa çalışırdı. Arxadakılar qocanı tələsdirdikcə onun əlləri əsir, edəcəyi əməliyyatı qarışdırırdı. Qocanın arxasında dayanan gənc əsəbi şəkildə

Vasif Süleyman Dalidag.az Sevinc Qəribin təqdimatında Vasif Süleymanın şeirlərini təqdim edir: GƏLSİN Eşqin ayrılıqdan keçən yolu var, Keçimmi… ayrılıq havası gəlsin. Bu eşqə göylərdən fərman verilib, Tanrım, aç sirrini, mənası gəlsin. Bu ömrün sonudu - bu eşqin sonu, Əllərim alovun içində donur. Yerlərmi, göylərmi yaratmış onu, İnsan yaradıbsa... anası gəlsin. Gecə gördüyümü danışdım suya, Gözümə gəlməkdən usandı röya. Yandıra-yandıra gəlib dünyaya, Varmı məndən gözəl yanası... HƏR GECƏ BİR

Günel Natiq Dalidag.az Sevinc Qəribin təqdimatında Günel Natiqin hekayəsini təqdim edir: ON İKİ YOLÇU "Tarixdə bir gün: Vətən müharibəsinin 3-cü günündə Naxçıvandan Qarabağa on iki nəfərlik bir qrup yola düşdü. Bu günü çoxdan gözləyirdilər. Vətən də onları..." - "Şuşanın dağları, başı dumanlı..." - gizir Əlövsət asta səslə zümzümə etdi. - Görəsən, indi də o dağlarda duman gəzir? - Şuşanın dağları çox vaxt dumanlı olur, - mayor Danyeri dilləndi. - Çünki o dağlar dumanı özünə saxlayır...
Yazı axını
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
02 / 11 / 2026
02 / 11 / 2026
01 / 11 / 2026
31 / 10 / 2026
30 / 10 / 2026
30 / 10 / 2026
29 / 10 / 2026
28 / 10 / 2026
27 / 10 / 2026
26 / 10 / 2026
25 / 10 / 2026
25 / 10 / 2026
24 / 10 / 2026
23 / 10 / 2026
23 / 10 / 2026
21 / 10 / 2026
20 / 10 / 2026
Ən çox oxunanlar





























