Vaqif Aslan Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Vaqif Aslan yaradıcılığından: BİR YOL DİGƏR YOLUN BAŞLANĞICIDIR Bir yol digər yolun başlanğıcıdır. Nə sənlik bir iş var, nə də ki, mənlik. Bu dünya haqq-hesab meydançasıdır... Bizimki, sadəcə, bir yolötənlik. Nə qədər könlünə yatsa da bir yol Özün hiss edirsən, çatırsan sona. Dost, çıxma özündən, bir az sakit ol! Yoluna davam et, kor baxma ona! Sən elə sanma ki, yol səndən qaçır... Sən qaçma,

Naibə Yusublu Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Naibə Yusublu yaradıcılığından: ASTANA Göy gurultusu səngimək bilmir, ildırımın qaranlıq səmada buraxdığı iz adamın canına qorxu salırdı. Bunun ardınca qatarın polad relslərlə savaşını xatırladan taqqıltı ara vermədən onun qulaqlarını döyəclədi. Gözlərini açıb gecənin vahiməsindən canını biryolluq qurtarmağa çalışdı, amma kirpiklərini bir-birindən aralamağa göz qapaqlarının gücü çatmadı. Hiss elədi ki,

Şamil Ənvəroğlu Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Şamil Ənvəroğlu yaradıcılığınan: SƏN NİYƏ GƏLDİN Kİ, MƏNİM ÖMRÜMƏ? Sən niyə gəldin ki, mənim ömrümə? Sınıq ümidlərin qırıntısını toplayıb qəlbimə qoymaq üçünmü? Ya da son ümidin son tikəsini, ayağın altında əzmək üçünmü? Sən niyə gəldin ki, mənim ömrümə? Boşalıb yanıma düşən qolumdan, tutub sabahlara getmək üçünmü? Ya da ürəyimə bir ağrı olub, elə için-için qırmaq üçünmü? Sən niyə gəldin ki,

Şah Sənəm Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Şah Sənəm yaradıcılığından AZADLIQ Əvvəl pəncələrim keyidi, sonra ayaq barmaqlarımdan üzü yuxarı keylik hissi artmağa başladı. Elə bil əvvəl ayaq barmaqlarım yoxa çıxdı, sonra pəncələrim, sonra dabanlarım, sonra topuqlarım. Ayaqlarımın yoxluğa qarışmağı canımın ağrısını azaltdı. Necə müddət idi ki, ağrıdan ayaqlarımı qoymağa yer tapmırdim. Sanki minbir iynə eyni anda sancılır, yerinə duz dolurdu. Əməliyyat

Süleyman Sərraf Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Süleyman Sərraf yaradıcılığından: * * * Mən gəlirəm Sənə sarı, Yıxılmağa qoyma məni. Yer də Sənin, göy də Sənin, Sıxılmağa qoyma məni. Sən göndərdin məni Yerə, Yurdum oldu bu dağ, dərə. Həsrətindən könlüm kürə, Ah olmağa qoyma məni. Görünür dərgahın yolu, Tək Sənsən halımdan hali. Bir dərvişəm, əmir qulu, Şah olmağa qoyma məni. Sən yaşatdın, mən yaşadım, Sən yüklədin, mən daşıdım. Nəfsi özümdən

Arzu Murad Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Arzu Murad yaradıcılığından: ŞƏKİLDƏKİ SUAL Bu dəfə Allah onun üzünə baxmadı. Deyəsən, can çəkişirdi. Əvvəllər onu itirmək qorxusu başımın üzərindən çəkilmirdi. Bu qorxu hər gün bir az daha artıq şiddətlənərək məni addımbaaddım təqib edirdi. Lakin günlərin birində onun varlığı mənimçün adiləşdi, heç bilmirəm bu nə zaman baş verdi. Lakin buna baxmayaraq, bu xəbər məni bərk sarsıtdı. Axı onunla az-çox üst-üstə

Vəfa Mürsəlqızı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Vəfa Mürsəlqızı yaradıcılığından: DÜŞ, GƏL BAĞIŞLAYAQ BİR-BİRİMİZİ Bütün nağılların almayla bitdi, Bütün başlanğıclar sondan başladı, Ən böyük yalanı anam danışdı, Ömrümün yalanı ondan başladı. Mən bir az aldatdım, bir az aldandım, Gəlirim, çıxarım nə oldu axı? Sənə tapşırdığım pis adamların, Demədin axırı nə oldu axı? Yadına gəlirmi yalvarışlarım? Yadına gəlmirsə, nə deyim sənə? Yadına gəlirmi

Süleyman Hüseynov Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Süleyman Hüseynov yaradıcılığından: NƏĞMƏLƏR YAZAQ Könül, at başından kədəri, qəmi, Gəl, seyrə çıxaq biz bu xoş aləmi. Sən mənə ilham ver, mən də qələmi, Götürüb, bu gündən şeirlər yazaq. Baş qoşma naxələf, nadan kəslərə, Vicdanı, məsləki satan kəslərə , Qulaq ver Xudadan gələn səslərə, O səslər qoymaz ki, düz yolu azaq. Yurdumun hər yanı - gözəllik yeri, Çəkək ruhumuza gözəllikləri. Qovaq

Tofiq Nurəli Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Tofiq Nurəli yaradıcılığından: SON SAVAŞ Mənim bu dünyayla bitdi savaşım.., Enində-sonunda heç-heçəyik biz... Döyüşü tullayıb gedən dünyanın Baxıram dalınca səssiz-səmirsiz... Mən özüm üzgünəm.., o haldan düşüb... O qanlı savaşlar olmayıb sanki.., Düzün deyəcəyəm--- inanırsan ki, Mən çaşıb qalmışam.., o da büzüşüb gedir səssiz, lap duman kimi.., hərdən-bir dayanıb nəfəs də dərir... Sanki unut

Səfa Rəşid Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasında növbəti şeir ərmağanı Səfa Rəşid yaradıcılığından: *** Ömür bitdi...gün olmadı mənimki, Bir gülərüz üzdə qalıb min ahım. Bundan belə darıxmağa nə var ki, Ayrılığı sal yadıma, darıxım. Ayrılığı sal yadıma, darıxım, Beli kəmər çiçəklərə əlvida. Arzular var, ürəyimdə bir qubar, Açılmayan ləçəklərə əlvida. Ayrılığı sal yadıma, darıxım, Şeir var ki, urəyimin özüdü. Bir həftəlik deyil axı ayrılıq, Dodağımın isinməyən sözüdü.
Yazı axını