Reklam
"Sən adda möcüzə vardımı yerdə..." - Vasif Süleyman
16-07-2025 14:55
Vasif SüleymanSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Vasif Süleyman yaradıcılığından:
HƏR GECƏ BİR ŞEİR QIRILAN ÖMÜR
Bu da yol ayrıcı, o köhnə dalan,
Sənsiz viran olub yorulan ömür.
Hər səhər bir misra tökülüb qalan,
Hər gecə bir şeir qırılan ömür.
Çiçək ömrü kimi qırılır elə,
Kim deyir nəyisə itirmək asan…
Mənim itirdiyim bir yana hələ,
Sən bu ayrılıqdan nə qazanmısan…
Nə qəm ki, yuxuya bənzəyir eynən,
Fələk qapımızı daşlayan kimi...
Bir də baxıram ki, səni deyrəm,
Misranı sevgidən başlayan kimi.
Sən bu viran ömrün harasındasan,
Həsrətinin dadını kimdən dadmışam...
Sən adda möcüzə vardımı yerdə,
Yoxsa şeirlərnən mən yaratmışam.
Gerçək olduğunu mən belə bilməm,
Xəyal kimi sevdim, daha nə kimi...
Sonra danışarlar, fani dünyaya,
Səni saxlayıram əfsanə kimi.
Bu da yol ayrıcı, o köhnə dalan,
Sənsiz viran olub yorulan ömür.
Hər səhər bir misra tökülüb qalan,
Hər gecə bir şeir qırılan ömür.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 16-07-2025 14:55
Baxış sayı: 3280Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























