Reklam
"Bilməyib gəlmişəm dünyaya mən də..." - Ramiz Qusarçaylı
17-07-2025 15:30
Ramiz QusarçaylıSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Ramiz Qusarçaylı yaradıcılığından:
QƏRİB ŞAİRƏ
Noldu qərib yetim,
qəribə yetim.
Ölümün gözündə çiçəklədinmi?!
Evindən qəbrinə uzanan yolu
Dörd taxta üstündə iməklədinmi?!
Əlində bel idi, kürəyində tər,
günün varıydımı,
gün-gündən betər ...
Qəribin qəbri də ayrılıq ötər,
Bu təzə sevdaya söz köklədinmi?!
Bu yaz bənövşələr sənsiz qaldı ki...
Sevdiyin çay yeri çənsiz qaldı ki...
Çat düşən ürəyin dənsiz qaldı ki...
Torpağın altında dərd ləklədinmi?!
Bu torpaq sənindi,
Sən bu torpağın.
Ələyir, sovurur qəm bu torpağı,
Həm səni ağladım, həm bu torpağı,
Gözümün yaşını yelpiklədinmi?!
...Bilməyib gəlmişəm dünyaya mən də,
Elə sənin kimi tənhayam mən də.
Dönürəm bir bəyaz röyaya mən də, -
Yanında bir qara yer rənglədinmi?!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 17-07-2025 15:30
Baxış sayı: 3327Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























