Reklam
"Qayalara çırpılan təlatümlü dənizəm..." - Fərid Muradzadə
08-08-2026 12:41
Fərid Muradzadə* * *
Ürəyimin içində
mən cahana sığmayan,
sahili döyəcləyən,
dalğaları hayqıran,
köpüklənən, çağlayan,
dəli küləklər ilə
qayalara çırpılan
təlatümlü dənizəm.
Amma ovutmur məni
bu dəli hayqırtılar,
məni narahat edir
köksümdə sarsıntılar.
Xoşum gəlmir, neyləyim
dəniz olmaqdan belə…
Amma bilirsən, gülüm,
mən sənin gözlərində
damla olmaq istədim.
O alaca gözlərdə
donub qalmaq istədim.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 08-08-2026 12:41
Baxış sayı: 3108Yazı axını
17 / 09 / 2026
17 / 09 / 2026
16 / 09 / 2026
15 / 09 / 2026
15 / 09 / 2026
15 / 09 / 2026
14 / 09 / 2026
14 / 09 / 2026
13 / 09 / 2026
13 / 09 / 2026
12 / 09 / 2026
12 / 09 / 2026
12 / 09 / 2026
12 / 09 / 2026
11 / 09 / 2026
11 / 09 / 2026
10 / 09 / 2026
10 / 09 / 2026
08 / 09 / 2026
07 / 09 / 2026
Ən çox oxunanlar





























