Reklam
"Gəzirəm ovcunda yaz günlərimi..." - Baloğlan Cəlil
18-07-2025 11:50
Baloğlan CəlilSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Baloğlan Cəlil yaradıcılığından:
ƏLLƏRİN MƏKTUBDU - SEVGİ MƏKTUBU
Əllərin təzə - tər ağ gül kimidi ,
Bəs niyə hamardı, tikanı yoxdu?
Üzünü öpməyə, əzizləməyə
Mənim əllərimin imkanı yoxdu.
Hərdən havalanıb uçur göylərə,
Məxmər tək yumuşaq, ipək əllərin.
Sonra lələk - lələk yağır qar kimi,
Bənövşə ətirli çiçək əllərin.
Əllərin məktubdu - sevgi məktubu,
Düşüb dimdiyindən göyərçinlərin.
Səcdəyə gətirir mələkləri də,
Biraz açıq qalan ağ çiyinlərin .
Bəlkə bir kitabdı, sehirli kitab,
Açıb oxuyuram cizgilərini.
Ax, mənim ömrümün qışı qutarmır,
Gəzirəm ovcunda yaz günlərimi.
Gündüzlər Ay kimi gözə görünmür,
Gecələr yuxumdan çəkilib getmir .
Dolaşır başımda Leyli sayağı ,
Gözümün önündə şəkili getmir .
Bu da bir yuxudu- İlahi yuxu ,
Mən onu yüz yerə yozuram indi.
Yuxusu pozulmuş durnalar kimi,
Yuxulu - yuxulu gəzirəm indi .
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 18-07-2025 11:50
Baxış sayı: 3304Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























