Reklam
"Bəlkə də bir axşam Allah gələcək..." - Şəhriyar Heydər
21-06-2025 12:28
Şəhriyar HeydərSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Şəhriyar Heydər yaradıcılığından:
* * *
Bəlkə də bir axşam Allah gələcək,
Yığacaq başına yaratdıqların.
Hal-əhval tutacaq bir-bir hamıdan,
Saracaq yarasın qanatdıqların.
Bəlkə də deyəcək, ey bəndələrim,
Əfv edin, mən sizi, çox gözlətmişəm!
Sizlə görüşməyə üzüm yox idi,
Bu üzdən üzümü mən gizlətmişəm.
Bəlkə də şeytan da gələcək, o gün,
Bu kosmik düşmanlar barışacaqlar.
Dünyada ilk acı xatirə kimi,
Adəmdən, Həvvadan danışacaqlar.
Bəlkə də bir axşam Allah gələcək
Gəlib ləğv edəcək, ölüm qərarın
Pay da gətirəcək xoşbəxtlik adlı,
Deyəcək, sizindir, verdim, aparın.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 21-06-2025 12:28
Baxış sayı: 3507Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























