Reklam
"Bir gün olar unudarsan özünü..." - Xaqani Qayıblı
20-06-2025 14:30
Xaqani QayıblıSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Xaqani Qayıblı yaradıcılığından:
BİR GÜN OLAR...
Bir gün olar tanımazsan özünü,
Tanımazsan, eymənərsən adından!
Ya bu həyat bir gün səni unudar,
Ya da bir gün həyat çıxar yadından...
Anlamazsan bu həyatda yoxsanmı,
Yaşayırsan, ya ölübsən çoxdanmı...
Nə fərqi var yaş əllimi, doxsanmı
Yıxılarsan bir gün ömür taxtından!
Vədə yetər, “düş taxtından, düş!” deyər –
Həyat səni atqabağı döşdəyər...
Azar kimi iliyinə işləyər,
Bu dərd keçər sənin yeddi qatından!
Bir gün olar dağ görünər təpə tək,
Tək yaşayar öz ömrünü təpə, tək!
Bir gün olar oturarsan təpətək,
Dərd boylanar həyatın hər çatından...
Bir gün olar hər kəs səni tərk edər,
Artar elə gündən-günə bəlkələr...
Həyat səni ağac bilib silkələr,
Çırpılarsan yaxınından-yadından...
Bir gün olar dünya dönər tərsinə,
Heç bilməzsən avandı nə, tərsi nə…
Torpaq olar şəvə saçlar, tər sinə –
Ayrılarsan çox sevdiyin qadından!
Bir gün olar, öz-özündən oysanıb,
Xoflanarasan, gördüyünü ov sanıb...
Canındakı hərarəti qor sanıb
Qovrularsan bu həyatın odunda!
Bir gün olar tanımazsan özünü,
Tanımazsan, adın çıxar yadından!
Dalidag.az
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 20-06-2025 14:30
Baxış sayı: 3541Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























