Reklam
"Bir darıxmaq qədərsən..." - Aygün Fikrətqızı
19-06-2025 14:00
Aygün FikrətqızıSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Aygün Fikrətqızı yaradıcılığından:
ÖZÜNÜ ÖYRƏTDİN
Bir darıxmaq qədərsən...
Əsgər yuxusu kimi şirindir sevgin.
Desəydim sənə möhtacam
bir əsgərin susuzluğutək -
inanardın?
Məni sıxan xatirələr səngərin
soyuqluğuna bənzəyir.
Özüm-öz səngərimdə
ürəyimlə vuruşmaqdayam...
Ac quşların yem axtardığı qədərdi
sənin gəlişinə boylanmağım...
Üşüdür duyğularımı inamsızlığın
bütün hərfləri,
bir az da külək kimi qarışdırırsan.
Gözlərimdə ləpələnən
kipriklərimin ucunda
görünməyəcək yuxularımı ...
Sevgi bu idimi...
vaxtsız öz dünyandan
köçürsən, yaşasan da.
Dar ağacı kimi xatirələrdən asılırsan...
İndi sinəmə çəkilmiş dağların ətəyində
bir əsgər yuxusu göynəyir
boş qalmış səngərə sarı...
Yadındamı,
özünü öyrətməyəsən demişdim...
Mən elə ilk gündən öyrənmişəm
itirənlərin əşyalarını axtarmağa!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 19-06-2025 14:00
Baxış sayı: 3500Yazı axını
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar




























