Reklam
"Yer üzünə ayaq açan xəyallar..." - Taleh Mansur
18-06-2025 19:07
Taleh MansurSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Taleh Mansur yaradıcılığından:
İLAHİ XƏYAL
Şeir qəlbi şah tutasan, şax qala,
Söz başını düz önündə əyəsən.
Qoşulasan ilahi bir xəyala,
Aradabir gedib ərşə dəyəsən.
Azıb yolu duman-çənə düşəsən,
Qızılgülə, yasəmənə düşəsən,
Dönüb şehə - göy çəmənə düşəsən,
Leysan olub, çiçəkləri döyəsən.
Şahlar dönür, qullar dönür Allaha,
Qağayılar, qular dönür Allaha.
Ay göz yaşım, sular dönür Allaha,
Bəs nə üçün qayıtmırsan göyə, sən?
Batıb-çıxan Günəş insan, Ay insan,
Toparlanıb il olmadın, ay insan.
Cavab axtar, sual vermə, ay insan,
Sən dünyada ən cavabsız niyəsən.
Doğma cismi özgə bilməz kəfənin,
Dirildəcək səni, ölməz kəfənin.
Ölüb geysən, əynə gəlməz kəfənin,
Gərək onu dirigözlü geyəsən.
Yalan oldu düzdə qaçan xəyallar,
Qanad saldı quştək uçan xəyallar.
Yer üzünə ayaq açan xəyallar
Göy üzünü unutdular, deyəsən.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 18-06-2025 19:07
Baxış sayı: 3370Yazı axını
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar




























