"İndi ayrılıq dönüb bir islaq röya olsa..." - Esmira Məhiqızı
17-06-2025 11:03
Esmira MəhiqızıSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Esmira Məhiqızı yaradıcılığından:
***
indi ayrılıq dönüb bir islaq röya olsa..
və gecələr,
gecələr yastığıma ağlasam.
indi uşaq xəyalım uzaqlardan adlasa
bir də həmin o doğma məkanlara uğrasam
bir də, bir də.. olanlar qayıdıb bir də ola
bir də o nağılların əsrarına düşəm də.
atama naz eliyəm,
anamı hirsləndirəm,
nənəmi qucaqlayıb, qardaşımdan küsəm dəəə
bəs hara getdi görən, gördüm deyən olmadı
eheyyyy.. görmədinizmi ?
burdan bir uşaq keçdi.
eheyyy... bilmədinizmi, bir uşaqlıq varıydı
bu qədər yaxınıykən, bə nədən uzaq keçdi
uzaq keçdi..
üzündə gülüşümü apardı,
mənim xoşbəxtliyim də o uşaqla yox oldu.
sonra bir üzgün qadın.. şeirlərə susadı
sonra o yorğun şair qollarıma yıxıldı
ehhh.. gör nələr, gör nələr..
xatirəyə döndülər
xatirə yağışları elə yağır o vaxtdan.
xatirə küləkləri elə həzin əsirlər
xatirə yarpaqları tökülürlər budaqdan
və.. əllərim, əllərim hələ də boşa çıxır
kimi səsləyirəmsə, səsimə səs verən yox.
bu qapını deyirəm,
ya niyəsə,
ya nəsə..
gecələr küləklərdən, yeldən başqa döyən yox..
bir deyən yoxxxxx,
-ay bala, niyə burda durmusan
kimi gözləyirsən ki, nə vaxtandı gəlmir o
mən də deyə bilmirəm,
-bir çilli qız vardı haaa
mənim gözlədiyimi heç deyəsən bilmir o
indi zaman qayıdıb o zamandan keçsə haaa
indi ömür də dönüb həmin ömürdən olsa
və qəfildən, qəfildən telefonuma zəng gələ
telefonun o başında.. uşaqlığım ağlasa
mən də ona qoşulub, ağlayam o ki var heyyy
ürəyimi boşaldam, içimdə nə ki var heyyyy
sonra görəm nə uşaq,
nə telefon,
offff.. nə zəng
xatirə küləyidi əsir, əsir səngimir
xatirə çiçəkləri solub açılır elə
saplağında quryur.. dərilmir ki, dərilmir
xatirə yağışları yağır, yağır hələ də
yağışlardan bir uşaq baxır, baxır hələ də.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 17-06-2025 11:03
Baxış sayı: 3228Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















