Reklam
"İndi sükut böyüdürəm, yeriyə, bəlkə dil aça..." - Eldar İsmayıloğlu
16-06-2025 11:00
Eldar İsmayıloğluSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Eldar İsmayıloğlu yaradıcılığından:
***
Yenə də küləklər daşıyır,
Yarpaqların ölümünü.
Çırpır zamanın üzünə,
Qızılı təbəssümünü.
Kimdi ki, eşqdən yarıyan,
Ağlama öz nəfəsinə.
Yarpaqlar da gözəl ölür,
Bir-birinin həvəsinə...
Divar da ovulub gedir,
Şəklimizi unutmağa.
Nə yaxşı ki, pəncərə var,
Gözlərimi ovutmağa.
Xatirələr körpə quştək,
Sığınıbdı bir küncümə.
Gəl biz də gözəl ayrılaq,
Yanıb kül olaq... öncə mən...
İndi sükut böyüdürəm,
Yeriyə, bəlkə dil aça.
Bir gün dönüb qayıdarsan,
Gülüb, sənə də sirr açar...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 16-06-2025 11:00
Baxış sayı: 3488Yazı axını
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
Ən çox oxunanlar
01-10-2026 22:01





























