Reklam
"Allahın quşların uçuşundakı ruhunu içmişəm ovuclarımdan..." - Hədiyyə Şəfaqət
15-06-2025 10:33
Hədiyyə ŞəfaqətSevinc Qəribin təqdimatında "Bir tuh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Hədiyyə Şəfaqət yaradıcılığından:
***
harda intizar var,
harda səma var
harda buludların boz dərinliyi
harda bir qadının çiyinlərində
ən gizli sirlərin öz dərinliyi...
əllərin uzana bilmədiyi yer,
gözlərin boylana bilmədiyi yer,
kişi ürəyinin döyüntüsündən
sözlərin boylana bilmədiyi yer...
məhəbbət xəyaldır,
həqiqət boğuq
dənizin sinəsi ölüm daşıyır
bizə elə gəlir şəhərlər evdir,
şəhərlər qapıdır, karvan qapısı
qocalar köç edir, Allah yaşıyır...
dayanır, baxmayır kim keçib gedir,
dayanır, eşitmir duaları da
özü hər yerdədir
ruhu bax burda,
bax burda: çiçəklər içən sularda...
kiçik bir yarpağın saplağındakı
qopmaq qorxusudur Allahın ruhu
böyük bir qayanın çatlağındakı
qarmaq qorxusudur Allahın ruhu...
mən onu tutmuşam ovuclarımda
dünyadan keçmişəm övuclarımda
Allahın quşların uçuşundakı
ruhunu içmişəm ovuclarımdan...
harda intizar var,
harda səma var
bir vərəq yazı var, bir qara qələm
qadın çiynindəki sirr nöqtəsində
unut şəhərləri,
mən o nöqtəyəm...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 15-06-2025 10:33
Baxış sayı: 3249Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























