Reklam
"İlahi, az yellə beşik ömrümü..." - Şəhla Vahid
13-06-2025 12:00
Şəhla VahidSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Şəhla Vahid yaradıcılığından:
ÖZGƏ QİSMƏTİ
Artıq toplamışam xatirələri,
Əlvida yapışıb dodaqlarıma.
Qoy yığım qırılmış ümidlərimi,
Gedəndə batmasın ayaqlarına.
Yenə açılmadı boğça arzular,
Yenə qat kəsəcək düyün yerindən.
Sel basmış zəmiyə döndü gümanım,
Nəyi göyərdəcəm, nəyin yerindən.
Hardan xışmaladım özgə qismətin,0
Hardan ürəyimə sıxıb sevindim.
Ağrıdım saçımdan dırnağımadək,
Nə vaxt taleyimə baxıb sevindim.
İlahi, az yellə beşik ömrümü,
Onsuzda susmuşam, kirimişəmki.
Elə sürünmüşəm üzü aşağı,
Nə vaxt qaldırmısan, yerimişəmki?
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 13-06-2025 12:00
Baxış sayı: 3466Yazı axını
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
Ən çox oxunanlar
01-10-2026 22:01





























