Reklam
"Ən ağır nifrətlərin anası sevgi olur..." - Bəhruz Xəlil
12-06-2025 10:42
Bəhruz XəlilSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Bəhruz Xəlil yaradıcılığından:
***
Ən gözəl ağacların ən gözəl budağından
düzəlir əlağacı..
Tabutlar da həmçinin..
Ən ağır nifrətlərin anası sevgi olur..!
Mən hələ uşaq idim, mən hələ sevməmişdim
Onda da belə idi :
Sevgi nifrətin, ağaclar tabutun anası..!
Ən gözəl filmlər: sonunda qəhrəmanı öləndir!
Ən gözəl romanlar: həqiqətə ən yaxın olandır!
Ən gözəl gedişlər: (deyə bilmirəm hansılardır!)
Ən gözəl meyvələr, ağacın əlçatmaz yerində olanlardır!
İnsan əlləri toxunmayan ucalıqda.
İllər insanları yetişdirməyə də bilir:
o qədər axmaq tanıyıram qocalıqda!
Ən ağır nifrətlərin anası sevgi olur!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 12-06-2025 10:42
Baxış sayı: 3623Yazı axını
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
Ən çox oxunanlar
01-10-2026 22:01





























