Reklam
"Göz yaşımı qoy çantana yavanlıq..." - Şəhanə Müşfiq
11-06-2025 11:02
Şəhanə MüşfiqSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Şəhanə Müşfiq yaradıcılığından:
AYRILAQ...
Bu ayrılıq heç xoşuma gəlmədi,
Gəl barışaq, sonra yenə ayrılaq.
Bircə dəfə ayrılmağın nə dadı,
Təkrar-təkrar, dönə-dönə ayrılaq.
Belə ayrılığa mən necə dözüm?!
Gərək gözlərindən ayrıla gözüm.
İnadkar qəlbimə yetməyir sözüm,
Əlim küssün əllərinə, ayrılaq...
Alışmasın öpüşünə yanağım,
Unutsun adını gərək dodağım.
Səssiz getmə, tutulacaq qulağım,
Çıxaq zilə, düşək bəmə, ayrılaq.
Gəl tələsmə, ayaq saxla bir anlıq,
Göz yaşımı qoy çantana yavanlıq.
Deyirlər ki, soyuq olur ayrılıq,
Həsrətini sər üstümə, ayrılaq...
...bu ayrılıq heç xoşuma gəlmədi,
Gəl barışaq, sonra yenə ayrılaq.
Bircə dəfə ayrılmağın nə dadı,
Təkrar-təkrar, dönə-dönə ayrılaq!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 11-06-2025 11:02
Baxış sayı: 3301Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























