Reklam
"Söykəndiyim bütün ağaclar gizlənir it səsindən..." - Emil Rasimoğlu
10-06-2025 09:53
Emil RasimoğluSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Emil Rasimoğlu yaradıcılığından:
***
Yalqız yaşadığım evin
qapısını tapıram şəkillərin arasından
və döyürəm;
söykəndiyim bütün ağaclar gizlənir it səsindən,
qağayı dimdiyindəki kibrit qutusundan...
Bir rəssamsa
filmə çəkilməmiş
ömür axtarmağa başlayır körpələr evində.
Beləcə...
Heç təqvimdə iməkləyən
pilləkənlər də böyümədi, dostum...
Düşüb arxamca qaçır üzümü tanıyan ayağı palçıqlı qırışlar
...və qışqırır:
Bağışla,
bağışla,
tor qurub işıq dirəklərinə Tanrı...
Görürsənmi...
bizi bu dayanacaqda akvariumlar da tərgitdi,
yarpaqları itkin düşmüş yürüklər də.
Göz yaşlarına söykənmə,
barmaqlarımdan gizlədirəm skripkamın yaşını,
skamyaların dəfn yerini...
...və unutma,
unutma ki,
qapılar hər iki tərəfdən qıfıllana bilirsə,
demək, sən uşaqlıqda oynadığın topun
çiçəklədiyi günə qədər azadsan.
Get,
get bir ocaq qala tərkedilmiş notların otağında...
Daha sevgi qovuşmaq üçün yox,
bir-birini unutmamaq üçündür...
Günəşi qar,
qarı su,
suyu od unutduğu kimi...
...Bilirəm, bu saat
sən dən səpirsən göy üzünə, qollarına xatir
Mənsə
hələ də
gözümü çəkmirəm cüt rəqəmlərin yuvasından...
...və birdən
qonşu evdə yaşayan qocanın
öz qarısına dediyi sözü eşidirəm:
Bağışla,
heç sən də,
heç sən də qalmamısan yadımda!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 10-06-2025 09:53
Baxış sayı: 3352Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























