Reklam
"Səni elə sevdim ki, Tanrı göydə darıxdı..." - Tural Turan
08-06-2025 11:24
Tural TuranSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Tural Turan yatadıcılığından:
SƏNİ ELƏ SEVDİM Kİ...
Səni elə sevdim ki,
Tanrı qısqandı
bütün yaratdıqlarını.
Səni elə sevdim ki,
sərxoş oldu göy üzündəkilər.
Səni elə sevdim ki,
son nəfəsin qadını,
qucağımda can verdi
ayağın dəyən səkilər...
Səni elə sevdim ki,
ləpələrindən
küsdü bütün küləklər...
Səni elə sevdim ki,
saçlarından
özünü asdı küləklər.
Səni elə sevdim ki,
Yağışın qanı dondu.
Əyni dəyişdi qışın,
öz andını soyundu...
Səni elə sevdim ki,
döyüntüm də karıxdı.
Səni elə sevdim ki,
Tanrı göydə darıxdı...
Səni elə sevdim ki,
O, kimdir? - deyəcəklər.
Bir də həmin fəsildə
Kimsəni sevməyəcəklər...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 08-06-2025 11:24
Baxış sayı: 3385Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























