Reklam
"Axırıncı qəmin olsun, İlahi..." - Mirbagir Bunyatov
06-06-2025 16:04
Mirbagir Bunyatov Sevinc Qərbin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Mirbagir Bunyatov yaradıcılığından:
* * *
Bircə günlük geri qaytar yanımda,
Atam olsun, əmim olsun, İlahi!
Səndən dəniz istəmirəm, bilirsən,
Ağ kağızdan " gəmi " m olsun, İlahi!
Sevgi olmaz kimsə səndən qorxdusa.
Dua deyil dilimizdən çıxdısa..
Uçurmağa bir göyüzü yoxdusa,
Çərpələnglər sənin olsun, İlahi!
Yaz sinəmi, sinəm üstü dolunca.
Ətri uçar bu çiçəkdən solunca..
Mənim kimi min alçağın olunca,
Bir Məhəmməd Əmin olsun, İlahi!
Ömür yuxu, düzgün yoza bilmədim.
Könül verdim bir arsıza, bilmədim..
Haqq istədim, haqqı yaza bilmədim,
Qələm mənə qənim olsun, İlahi!
Qara günüm, gəldin, üzün ağ olsun.
Altı çiçək, sinən üstü dağ olsun!
Mən ölürəm, təki başın sağ olsun,
Axırıncı qəmin olsun, İlahi.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 06-06-2025 16:04
Baxış sayı: 3331Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























