Reklam
"Gəldi bahar ömrümə rüzgar kimi..." - Lilpar Cəmşidqızı
05-06-2025 12:02
Lilpar CəmşidqızıSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Lilpar Cəmşidqızı yaradıcılığından:
KİMİ
Qəlbi sınıq bir çiçəyəm, kövrəyəm,
Gəldi bahar ömrümə rüzgar kimi.
Vüslətimin qönçəsi görmüş xəzan,
Düyməsi var həsrətimin xar kimi.
Sevgi- məhəbbət dil açıb ağlayır,
Mən açıram, bəxtimi yar bağlayır.
Atəş olub köksümü pardaqlayır,
Məhşərəcən yandıracaq nar kimi.
Dərdi dilim mahnı bilib bəstələr,
Ömrü fələk göydə yığıb dəstələr,
Çarə tapar eşqə düşən xəstələr,
Qoy bu könül sızlamasın tar kimi.
Hər sözümün üstünə, yar, getmisən,
Tanrı yazıb, sən də əməl etmisən,
Gör nə qədər, yar, məni incitmisən,
Tellərimin rəngi olub qar kimi.
Ey Yaradan, bəxti alıb gözlədim,
İzlə dedin, ömrü hədər izlədim,
Sən yazanın hansı birin gizlədim,
Gözləyirəm mən yenə Lilpar kimi.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 05-06-2025 12:02
Baxış sayı: 3410Yazı axını
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar




























