"Məni sevgimizin başına döndər..." - Əli Nəcəfxanlı
04-06-2025 10:27
Əli NəcəfxanlıSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Əli Nəcəfxanlı yaradıcılığından:
YETƏR, QAYIDIRAM
Açdım diri gözlə bu səhəri də,
Kipriyi kipriyə vurmadım, gülüm.
Demişdim biryolluq unudacağam,
Sözümün üstündə durmadım, gülüm.
Qapıda, divarda, pəncərələrdə,
Kitabda, dəftərdə mən səni gördüm.
İşığın Ay kimi düşdü üzümə,
Bütün tərəflərdə mən səni gördüm.
Gözümdən itmədin bir an da belə,
Hissimi, duyğumu zəbt eləmisən.
Sanki ayrılanda sən bilə-bilə
Yaddan çıxmamağı əhd eləmisən.
İçdiyim şərab da kara gəlmədi,
Şüşədən, badədən baxırdın mənə.
Başımı balıncın altına saldım,
Ordan da, vay dədə, baxırdın mənə.
Bir dənəm, bir mənəm, bir də xəyalın,
Həsrətin cəhənnəm əzabı imiş.
Səni sevə-sevə tərk eləmişəm --
Bu zülüm Allahın qəzəbi imiş.
Yetər, qayıdıram bu saat, bu an,
Məni sevgimizin başına döndər.
Bir də ki, bacarsan, qapıda gözlə,
Bilim ki, sovuşdu bu qəza-qədər.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 04-06-2025 10:27
Baxış sayı: 3243Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















