Reklam
"Daha danışacam daşa dərdimi..." - Arzu GÖYTÜRK
03-06-2025 12:16
Arzu GÖYTÜRKSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Arzu GÖYTÜRK yaradıcılığından:
DƏRDİMİ
Mən sənə dərdimi azalt demişdim,
Dərd verdin, eylədin qoşa dərdimi..
Tükənir sanırdım, bitir sanırdım,
Yenidən qaytardın başa dərdimi..
Səndə zərrə qədər insaf yox imiş,
Yəqin qəlb qırmağa etmisən vərdiş.
Susmaq qızıl imiş, danışmaq gümüş,
Sənə danışmışam boşa dərdimi..
Gözümü ağlatdın, gözüm gülməyir,
Mən daha ölmüşəm, sevgim ölməyir.
Dilim bəddua da, edə bilməyir,
Deməyə qıymıram "yaşa dərdimi" .
Bəxtim həsrət verdi, çəkəm yenə də,
Gözümdən qanlı yaş tökəm yenə də.
Yenə də tənhayam, təkəm yenə də,
Daha danışacam daşa dərdimi...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 03-06-2025 12:16
Baxış sayı: 3501Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























