Reklam
"Bağrına daş basan torpaqdır içim..." - Banu Məhərrəm
28-05-2025 13:16
Banu MəhərrəmSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Banu Məhərrəm yaradıcılığından:
* * *
Cibimdə çox kiçik ümidlər qalıb
Gözümün eşiyi sisdən yol çəkir.
Bağrına daş basan torpaqdır içim
Ona da günəşin kölgəsi çökür.
Yağan qarın rəngi hopur saçıma
Günəş qovurduğu yola qar düşür
Enmək yenilməkdir, zaman ərimək
Zaman da an gəlir, gözümdən düşür.
Sıxıb dizlərimi dodaqlarıma,
Gözüm kipriyimi göylərə əyir.
Yaşımın üstünə hər yaş qoyduqca
Yaşımın altında daş da göyərir.
İşıq aydınlatmır qətran gecəmi
Çaylar da bahara üzüağ çıxmır.
Mənə hər yoxluğu öyrədən şəhər
Sorur nəfəsimi, yuxumdan çıxmır.
Hər gecə röyama bir uşaq gəlir
Qarın, qartopunun həşirindədir.
Qar hopur saçına, qocalır uşaq
Görür ən təmiz qar keçmişindədir.
Cibimdə çox kiçik ümidlər qalıb
Gözümün eşiyi sisdən yol çəkir.
Bağrına daş basan torpaqdır içim;
-Ona da günəşin kölgəsi çökür.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 28-05-2025 13:16
Baxış sayı: 3432Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























