Reklam
"Ürəyimi qoparıb tellərindən asaram..." - Turac Hilal
20-05-2025 12:05
Turac HilalSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Turac Hilal yaradıcılığından:
* * *
Sinən edam kürsüsü, nəfəsin cəllad olsa,
Ən günahkar qul olub qarşında diz çökərəm.
Əllərin ağ göyərçin, tellərin ilan olsa
Ovcumda yuva qurub, buxağından öpərəm.
Gözləriylə gözümə dərdlərini yazanım,
Ürəyimi qoparıb tellərindən asaram.
Nəfəsimi boynunun ətrinə qurban kəsib
Gülüşünü qanayan yaram üstə basaram.
Mənim ağıllı dəlim, dəli bir istəyimsən,
Günahına batdığım cənnətin meyvəsisən.
Döndərmisən üzümü sevginin qibləsinə,
Can üstə qulağıma dolan azan səsisən.
Gecikən alın yazım, boş qalan qucaq yerim,
Səbrimin daşmasını gözləyən dodaq yerim.
Ruhumu əsir edən bir titrək pıcıltının
Həsrətindən közərib alışan ocaq yerim.
Sahildən küsən gəmim, içimi didən qəmim.
Qollarımda yurd salım, sən məndən şahlıq dilə.
Gəl üşüyən ömrümü isit od nəfəsinlə,
Döndərmə can umduğum dodaqları qatilə.
Sinən edam kürsüsü nəfəsin cəllad olsa,
Ən günahkar qul olub qarşında diz çökərəm.
Əllərin ağ göyərçın, tellərin ilan olsa
Ovcumda yuva qurub, buxağından öpərəm.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 20-05-2025 12:05
Baxış sayı: 3247Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























