Reklam
"Sirrini bilsəydim, vallah dünyanın alardım əlindən gecələrini..." - Nadir Azayoğlu
19-05-2025 15:20
Nadir AzayoğluSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Nadir Azayoğlu yaradıcılığından:
MƏKTUB
Hər məni görəndə yuxu söyləmə,
Məhəbbət xəyalı sevir, əzizim.
Hər yuxu görəndə qorxub eləmə,
Oyan, yastığını çevir, əzizim.
Mənsiz gecələrin ömrünə bir yas,
Mənsiz yatağına zülmət sürünər.
Sən mənim şəklimi bağrına bərk bas,
Bəlkə pəncərəndə boyum görünər.
Belə gecələri nə sirr, nə tilsim,
Nə əcəl əyləyir, nə ölüm çəkir,
Hər gecə sinənə qısılan əksim,
İndi mən bilirəm nə zülüm çəkir.
Kimdir canı yana, qəlbi od tuta,
Görə kirpiyindən qəm astığını,
Neynim, əllərinə əllərim çata,
Çevirəm astaca nəm yastığını.
Gecə cəlladıdır ağrılı canın,
Çəkər öz kamına neçələrini,
Sirrini bilsəydim, vallah dünyanın
Alardım əlindən gecələrini.
Hər məni görəndə yuxu söyləmə,
Məhəbbət xəyalı sevir, əzizim!
Hər yuxu görəndə, qorxub eləmə,
Oyan, yastığını çevir, əzizim!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 19-05-2025 15:20
Baxış sayı: 3439Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























