Reklam
"Mən səninçün yalan dolu nağılam..." - Firəngiz Sabirqızı
18-05-2025 12:24
Firəngiz SabirqızıSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Firəngiz Sabirqızı yaradıcılığından:
* * *
Mən səninçün yalan dolu nağılam,
Birii vardı…biri yoxdu,. Biri yox…
Nağılların sonu 3 cə almadır,
Biri vardı …biri yoxdu..biri yox..
Papağların qırmısızı getdii ta..
Şəngülümü, məngülümü itdi ta..
Qoca baba turpu alıb getdi ta…
Biri vardı, biri yoxdu…biri yox.
Küpəgirən qarı nənə uçmadı ,
Qurd yoruldu dovşan daha qaçmadı,
Fələk bağlı qapıları açmadı,
Biri vardı…biri yoxdu, biri yox…
Ha səslədim yeddi gecə, yeddi gün
Tonqalımız söndü qaldı toy düyün.
Firəngizin nağlına di gülün…
Biri vardı…biri yoxdu…, biri yox.
Daha qopuz çalma kiri, a qoca,
Tüstüləməz hər evdə ta hər baca.
Nağılları əvəz edir tapmaca,
Biri yoxdu… biri vardı, biri var.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 18-05-2025 12:24
Baxış sayı: 3319Yazı axını
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























