Reklam
"Bir adlıq yer ürəyimi ağrıdır..." - Sehran Allahverdi
17-05-2025 10:19
Sehran AllahverdiSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı rəssam- şair Sehran Allahverdi yaradıcılığından:
HARA YAZIM ADINI
Bir adlıq yer
Ürəyimi ağrıdır.
Hara yazım,
Hara cızım adını?!
Xəyal məni aparır...
Nə ola, müəllimlər gələ,
Qulağımı dartalar,
Üstünə "səni sevirəm" sözün
Cızdığım o partalar
Necə oldu, görəsən?!
Necə oldu, görəsən?!
O göyçək qız, o yanmış,
Bu gün
çərşənbə tonqalında
bir parta taxtasını
güclə xilas elədim
parası odda yanmış.
Yanıq yarası olanlar anlar məni...
Bir gün
Ürəyimin üstünə dağ basdım,
Dişlərimi bir-birinə sıxa-sıxa,
O qızın adının axırına çıxa-çıxa,
İndi mən bir evin kişisi,
Sən bir evin qadını,
Hara yazım adını?!
Çoxdan anlamışam ki,
Dəriyə döymə ziyan,
Ağacı cızmaq olmaz,
partanı yazmaq olmaz.
Şeirdə hamı duyar,
Qumu ləpələr yuyar,
Divarları çimizdirər yağışlar,
Hara yazım adını,
Yer tapmıram, bağışla!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 17-05-2025 10:19
Baxış sayı: 3361Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























