Reklam
"İndi bir işarə kimidir gördüyüm hər şey..." - Pərvin Əliyeva
16-05-2025 10:02
Pərvin ƏliyevaSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Pərvin Əliyeva yaradıcılığından:
* * *
Yaşadığımız bihal yuxulardı.
Yuxular səmada, yuxular qatarda, yuxular
Təqib edir hər yerdə.
Üç dünyadan ibarətdir bu dünya;
Yuxu, yazı, yozum.
Yüksəkliyə haradan baxırsansa,
Başlayır oradan həyat .
Ləyaqət nədən başlayırsa,
Həqiqətin taleyi də ora qədərdi.
Qələbə bəzən saxta təsəvvür oyadır
Daş -qalaqlı bəzəyə çevrilir.
İstedad mütləq maneə olacaqdır xoşbəxtliyə..
Düşünməyi unudanlar xoşbəxt olacaq, bəlkə,
Kim bilir.
Bu dünya bir səhra metaforasıdır,
Burada yuxulayanlar, yuxudan oyananlar var.
Qum üstündə tikilmiş ev kimi qəlblər
Uçulur, dağılır, xəyal epizodunda.
Bu kədəri, bu qüruru, bu fərqi görürsən?!
"Dahi və dövran"da var, nə varsa,
İndi bir işarə kimidir gördüyüm hər şey
Ölüm də müvazi verilir.
Yanğılı laylalardan gözüyumulu gəldik,
Sual və qayğılardan
Gözü açıq gedəcəyik deyəsən.
Bircə bir uşaq nağılı,
Bircə nağıllar inandırıcı gəlir mənə.
Bir də analarımızın yuxuya verən laylaları.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 16-05-2025 10:02
Baxış sayı: 3458Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























