Reklam
"Sən yerdə salamat qal, mənim yolum göyədir..." - Ənvər Məsud
15-05-2025 11:54
Ənvər Məsud Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Ənvər Məsud yaradıcılığından:
ƏLVİDA
Sanma, bütün yolları dönüb, sənə azıram,
Nə olsun, mən dəlinin könlü bir qadındadı.
Şeir kimi oxuma, son məktubdur, yazıram,
"Sənə şeir yazmaram!" demişdim, yadındadı?
"Nə var, nə yox, necəsən..." halını soruşmuram,
Bilirəm ki, yaxşısan, havalar da xoş keçir.
Elə mən də yaxşıyam, həsrətdən alışmıram,
Zənn etmə, qocalmışam, günüm-ayım boş keçir.
Sevgidə, şeirdə də çox getmişəm dərinə,
Ətrini misra-misra varaqlara səpmişəm.
Hər gecə niyyət tutub, durub, dua yerinə
Adını ulduz-ulduz səmalara səpmişəm.
Canımı aldığını dediyin söz bilmədi,
Gözündə hədə-qorxu, dildə nida, söylədin.
Mənimki heç əzəldən səninlə düz gəlmədi,
Mən ümid istəyəndə sən əlvida söylədin.
Ürəyim yağmalandı, arzularım çalındı,
Bir xəbər neştər kimi deşdi sinəmi, dəldi.
Qapınızda Vağzalı hansı gün ki, çalındı,
O gün ümidlərimin qara kağızı gəldi.
Bu köz od almaz daha, bir bax, nuru itibdir,
Mən qəlbimin ən dərin yerindən qanamışam.
Etdiyin zülüm qədər köksümdə dağ bitibdir,
İnanmazsan bəlkə də, min dəfə sanamışam.
Zamanla öyrəşmişəm, adını səhv salmıram,
Kimisə çağıranda çaşmıram, karıxmıram.
Həsrətini unutdum, xəyalına dalmıram,
Niyə yalan deyim ki, səninçün darıxmıram.
Ayrılıq nəğmələri indi mənə görədir,
Deyir kaman əlvida, oxuyur ney əlvida!
Sən yerdə salamat qal, mənim yolum göyədir,
Əlvida, zalım qızı, əlvida ey, əlvida!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 15-05-2025 11:54
Baxış sayı: 3464Yazı axını
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























