Reklam
"Göynəyir içimdə bir adam yeri..." - Lətafət Abiyeva
14-05-2025 12:54
Lətafət AbiyevaSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Lətafət Abiyeva yaradıcılığından:
BƏLƏDÇİ SƏNSƏN
Buracan yollarım daş-kəsək isə,
Neynirəm çəməni ta indən belə?!
Payız çiçəyində cazibə olmur,
Əyilib öpsə də əlindən belə....
Bu ömrün himninə çevrilib artıq,
Köç edən durnanın vida nəğməsi.
Nə yaman mürəkkəb suala döndü
Göylərdən asılan ümidin "bəs"i?!
Burda "qu" səsindən qulaq tutulur,
Boz rəngdə sökülür burda dan yeri.
İlahi, bu qədər adam içində
Göynəyir içimdə bir adam yeri...
Bəlkə göydən yaram yaxşı görünmür?!
Qorxarsan görüncə - bu yerə ensən.
Daha gedəmmirəm, karvanı göndər,
Mən naşı yolçuyam, bələdçi sənsən...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 14-05-2025 12:54
Baxış sayı: 3500Yazı axını
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
Ən çox oxunanlar
01-10-2026 22:01





























