"Acının şirin üzüdü məğlubiyyətin bayramı..." - İlham Qəhrəman
13-05-2025 11:21
İlham QəhrəmanSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı İlham Qəhrəman yaradıcılığından:
ÇÖL ÇİÇƏYİ VƏ ŞÜŞƏLİ ŞƏHƏR
Səndən yazmaq
bir qələmə gücdü,
masada iki qələm var,
Şəninə hansını əlimə götürsəm
toy padşahıdı elə bil,
qələmdə ayrı aləm var.
Ayağım yanına gələndə sürünür
bu qədər ürəksiz deyildim,
Ayrılanda heç getmir,
bu qədər də üzlü deyildim.
Yalanmış azadlıqdan dəm vurmağım,
içim də gedir kölən olmağa...
Bu qollar indi zəncirlik,
ayaqlar kündəlikdi.
Çöl çiçəyisən
tellərindən gələn ətir
həmərsinlik, iydəlikdi.
Özümdən xəcalət çəkirəm –
mis qab kimi paxırım üzə çıxır,
Bir vaxt nəyə dirəniş göstərmişəm
içimdən ona qarşı cida çıxır, nizə çıxır.
Döyüşsüz təslim olmuş
sərkərdəyəm, –
doğma şəhərim gedəndə
barmaq barmağa vurmadım,
qollarım şəhərimdən boşaldı.
Məğlubiyyətdən məmnunluqla
gözümüzü gizlədirik bir-birimizdən...
Acının şirin üzüdü
məğlubiyyətin bayramı.
Çöl çiçəyi,
masada iki qələm var,
biri sərkərdədən yazar,
biri fəth etdiyin şəhərindən.
Masada iki qələm,
biri acının şirin yerindən yazar,
biri şirinin acı yerindən.
Çöl çiçəyi,
fəth etdiyin hündür qalalı,
içi gül döşəli şəhərdi,
Amma, sənə də asan olmaz,
fəth etdiyin şüşəli şəhərdi.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 13-05-2025 11:21
Baxış sayı: 3225Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















