Reklam
"Bu ömrü üstümdən gərək ataydım..." - Rəsmiyyə Sabir
12-05-2025 14:23
Rəsmiyyə SabirSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Rəsmiyyə Sabir yaradıcılığından:
BOŞ QALIB
Yazımı, yayımı alıb getmisən,
Ömür baxçasında payız, qış qalıb.
Yağışdan sonrakı nəm torpaq kimi,
Gözlərimin dibi hələ yaş qalıb.
Yeriyib bu yolda düşdüm izimə,
Dünyadan yan keçib döndüm özümə,
Dayanıb bir anlıq baxdım gözümə,
Gördüm bu gərdişə gözüm çaş qalıb.
Bir ölüm gizlənir ömrün «var» ında,
Bəzən çiçək solur ilk baharında,
Ömrümün hörülən dörd divarında,
Yerini tapmayan bircə daş qalıb.
Keçdiyim yollardan izlərim getmir,
Bəxtim qədərimə yoldaşlıq etmir,
Ömrü xərcləyirəm qurtarmır, bitmir,
Hələ kisəsində bir az yaş qalıb.
Bu ömrü üstümdən gərək ataydım,
Eşqin dəryasında rahat batardım,
Qəlbimin içini yeyib qurtardım,
Odur ki, ürəyim indi boş qalıb.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 12-05-2025 14:23
Baxış sayı: 3434Yazı axını
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar




























