Reklam
"Göy üzünü aralıyıb, fələklər baxır, gecələr..." - Nazim Əhmədli
11-05-2025 13:20
Nazim ƏhmədliSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Nazim Əhmədli yaradıcılığından:
DEYƏN TANRI DA OYAQDI
Hərdən qayıdır canıma,
bir sınıq agrı, gecələr;
ulduzlar göydən perikib,
hayana axır, gecələr;
sorağı gəlmir, eləmir,
ruhum səs-səmir eləmir;
gözlərim çimir eləmir,
könlüm darıxır, gecələr;
qaçdım, ağrının küründən,
yıxıldım, dərdin birindən;
yuxumun bulud yerindən,
elə qar yağır, gecələr;
kimsə məni qaralıyıb,
dağ başında qar allıyıb;
göy üzünü aralıyıb,
fələklər baxır, gecələr;
yaddaşım, yadım daş kimi,
dərdi boyadım, daş kimi;
görsən ki, yatdım, daş kimi,
gəl, məni çağır, gecələr;
buludlar papaq-papaqdı,
göydən yenə ulduz axdı;
deyən,Tanrı da oyaqdı,
bu son, bu axır gecələr.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 11-05-2025 13:20
Baxış sayı: 3266Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























