"Mən həyatın susmuş görünən bəstəsiyəm..." - Fəridə Moran
10-05-2025 14:11
Fəridə MoranSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi... rubrikasının növbəti şeir ərmağanı Fəridə Moran (Hüseynova) yaradıcılığından:
* * *
Əgər ürəyim quş kimi çırpınmasaydı sənə doğru, bəlkə də bu qədər əlçatmaz olduğunu anlamazdım heç.
İşığını xərclədiyim bu gözlərimi
varlığınla ovutmazdım heç...
Bilmirəm, bəlkə də inanmayacaqsan
Amma, bağıra - bağıra deyə bilərəm ki, indi bütün gecələrimin bir həsrəti var, o da sənsən.!
Odur ki, sevgiylə aşıb daşsa da ürəyim, qəlbimin siıyrıntısı hələ də acıtır məni.
O qədər yuxusuz qaldım ki gecənin qoynunda, ondandır
bəlkə də
qaranlıqlar tərk edə bilmədi məni.
Qaranlığı sevirəm deməyəcəyəm, amma içindəki nəfəsi duyduqca,
elə bildim ki, ən doğma kədərimdir, ən son istəyimdir qarışıbdır qanıma
Ö duyğunu dadmaq isə, bütün qayğılı düşüncələrdən uzaq qalmaq imiş
Amma heç ağlıma gəlməzdi ki, hara getsəm, hara qaçsam, orda çıxacaq qarşıma...
hər şeyi həll edəcəkmiş kimi qarışacaq canıma
Ondandır bəlkə də... nə görənim, nə duyanım,
heç səs verənim də olmadı, qaldım tək başıma.
Ondandır bəlkə də,
biriləri tapılmadı nəsə söyləyə;
səssizliyimlə sonlanan sürgünümə əl eyləyə.
Biriləri tapılmadı
susmuş əhvalıma rəng qata,
səssizliyə qarışanla yolun sonuna çata.
Biriləri tapılmadı, biriləri tapılmadı
döydüyüm qapılarda,
sərçəcik xəyallarımın əllərindən tuta...
Biriləri tapılmadı
dərk edə bilsin ötüb- keçənləri,
Bir başqa çırpınan, gecəni aydinlatan gözlərimi.
Ondandır bəlkə də
bir başqa göründü gözümə hər şey;
Eləcə dodağını düyünlədi
aydınlığa doğru
Sanki, bir sükut çökdü ciyərimə, sevgiylə çırpınan ürəyimə.
Sanki əsir düşdüm, bir səsə, bir gülümsəməyə,
təbəssümündə gizlənən bir cüt gözə..
Biləsən ki, o zaman anladım, həyat mənim deyil, mən həyatın susmuş görünən bəstəsiyəm
Dodağında arzular, pıçıltıyla danışan ən məsum nəğməsiyəm.
Anladım ki, yüz il keçsə də fərqi yox,
məni mənə bağışlayan
həmin o xəyalın kölgəsindəyəm.
Onda anladım ki, özüməm, xəyalındı,
bir də ki,
sevərəkdən səninlə yaşadıqlarımdı..
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 10-05-2025 14:11
Baxış sayı: 3848Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















