Reklam
"Vidalaşıb çıxıb gedən dərvişəm..." - Fərid Muradzadə
02-12-2024 19:53
Fərid MuradzadəO dünyanı bu dünyada görmüşəm
Vidalaşıb çıxıb gedən dərvişəm
Mirzə Sakit
Haqsızlığı dərk edəndən, görəndən,
Gözümdəki tor pərdəni siləndən,
O dünyanın cəfasını biləndən,
Bu dünyanın səfasından küsmüşəm,
Vidalaşıb çıxıb gedən dərvişəm.
Ömrüm fələk ələyində ələndi,
Yetim sevdam qapılarda süləndi,
Arzularım perik düşüb, pərəndi
Ümidimi itirmişəm, bezmişəm
Vidalaşıb çıxıb gedən dərvişəm.
"Y"hərifi dağ yüklədi belimə,
Həsrət, möhnət , qəm güc verdi təbimə
Yar dediyim yara vurdu qəlbimə
İnsan olan yar sözünü silmişəm
Vidalaşıb çıxıb gedən dərvişəm.
Öz odunda için-için qovrulub,
Əsən yellə , külək ilə sovrulub,
İnsanların yalanından yorulub,
Əsam ilə kəşkülümlə dərdişəm
Vidalaşıb çıxıb gedən dərvişəm
29.11.2024
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 02-12-2024 19:53
Baxış sayı: 3453Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























