Reklam
Kədərindən sevinc doğan çağların, İlmə-ilmə ürəyinə köçmüşəm
19-08-2024 09:31

Nicat Hunalp
Dəli-dəli nə axırsan Kiş Çayı
Yuyub getdin bütün bəndi bərəni,
Uzaqlardan duydum dəli nərəni,
Yavaş kükrə ey dağların ərəni
Dəli-dəli nə axırsan Kiş çayı
Yaman durdun axarında qəsdimə,
Hay-küyüylə nə gəlirdin üstümə,
Can şirindi, sən canımı istəmə,
Dəli-dəli nə axırsan Kiş çayı
Qonağınam bir az durult suyunu,
Dəyişmədin min illərdir huyunu,
Yaxşı açdın başımıza oyunu,
Dəli-dəli nə axırsan Kiş çayı
Endim dərə boyu səni izlədim,
Baba çayım öyüdünü dinlədim,
Nə vaxt gəldin selə dönüb bilmədim,
Dəli-dəli nə axırsan Kiş çayı
Ola bilər indi sənə yadam mən,
Az deyiləm sənin qədər odam mən,
Heç bilmirəm çayam, yoxsa adam mən?
Dəli-dəli nə axırsan Kiş çayı
Zirvəsində bulud yatan dağların,
Sinəsindən doya-doya içmişəm
Kədərindən sevinc doğan çağların,
İlmə-ilmə ürəyinə köçmüşəm
El-obanın halıyam dərd-sərindən,
Gün oyandı dan söküldü yerindən,
Bu müqəddəs vətən zəmilərindən,
Şair könlüm söz tarlasın biçmişəm
Yenə gəldik təbiətlə üz-üzə,
Bu dağlarla, dərələrlə göz-gözə,
Mən şairi görmüsüzsə xoş sizə,
Mən tarixin yaddaşına köçmüşəm
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 19-08-2024 09:31
Baxış sayı: 3594Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























