Reklam

Sücaətin yaradıcılığına həsr edilən tədbir keçirilib -ŞƏKİLLƏR
09-04-2024 13:32

Dalidag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan BDU-nun filologiya fakültəsinin dosenti Məti Osmanoğlu ümumi Kəlbəcər ədəbi mühiti, Aşıq Şəmşir və Səməd Vurğunun İstisuda görüşü, bu görüşün Kəlbəcər ədəbi mühitinə müsbət təsiri haqqında məlumat verdi. BDU-nun folklorşünaslıq ixtisası üzrə doktorantı Jalə Nağıyeva şairin həyat və yaradıcılığı haqqında dolğun məlumat verdi. Həbsə düşməsinin səbəbləri, məhbəs şeirləri, çap olunmuş kitablarından bəhs etdi və yaradıcılığından nümunələr səsləndirdi.
Tədbirə dəvət olunmuş qonaqlardan İtv-nin “Ozan məclisi” proqramının aparıcısı Qorxmaz Tofiqoğlu Sücaət yaradıcılığını bir neçə söz ustadının , xüsusilə Qaracaoğlan, Nüsrət Kəsəmənli yaradıcılığı ilə müqayisə etdi. Həmçinin bu gün Kəlbəcərlilərin Kəlbəcərli kimi qalmasında Sücaətin rolunu vurğuladı. Şairin yaradıcılığından nümunələr səsləndirdi. Aşıq Ədalət Dəlidağlı Sücaətlə bağlı xatirələrindən danışdı, sazda şeirlərini ifa etdi. Aşıq Əli Zeynalabdınovun ifasında şairin bir şeiri səsləndirildi. BDU-nun tələbələrinin ifasında Sücaətin şeirləri səsləndirildi. Sonda xatirə şəkli çəkdirildi.
Jalə Nağızadə
BDU-nun folklorşünaslıq ixtisası üzrə doktorantı.
Dalidag.az








Yazı axını
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
24 / 07 / 2025
24 / 07 / 2025
23 / 07 / 2025
Ən çox oxunanlar