Reklam
Hər səhər küçələr eyni dumana gözün açır
13-03-2024 20:54
Bir alaçöhrə
O badam üzünü
O ipək çölünü yaşaya bilmədi,
məmləkətim.
Burda
Hər səhər küçələr eyni dumana
gözün açır.
Bu sağsağan küçələr,
Bu quzğun dalanlar
Daha yem tapa bilməyir
Qarnın doyursun.
Ümidi bir alaçöhrənin çörəyini
oğurlamaqdı.
Bu alaçöhrə bir gün dil açıb
danışsa,
Düşsə bir şəhərin,
bir kəndin dilinə,
ürəyini oxuya bilsəm,
Oxuyaram ki,
sənin günəşini əlimdən aldılar,
Sənin boz tellərin gəncliyimin rəngidir...
Sənin çiçəklərini ürəyimdən
dərdilər.
Mən sənin soyuğunda,
Mən sənin əsarətində,
Mən sənin ayrılığında yaşadım,
məmləkətim!
Bu alaçöhrənin
hər aldığı havanın,
Hər içdiyi suyun qanadlarını,
Məhbəs küçələr də,
Polislər də eyni qandalla bağlayır.
Bu qızılı məmləkətdə,
Bu çəhrayı şəhərdə,
Adam olmaq istədi,
Adına qəsab quşu dedilər
Küsmədi canından,
Yaşadı çörək həvəsindən.
Cavid Fərzəli
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 13-03-2024 20:54
Baxış sayı: 3500Yazı axını
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15





























