Reklam

Yusif Səmədoğlu adına nəsr yarışmasının qalibləri açıqlandı -ŞƏKİLLƏR
09-12-2023 16:56

Ötən ilin dekabrında start verilən yarışma Dastanoğlu Fondunun sədri, yazışı-publisist və iş adamı Rüstəm Dastanoğlunun təşəbbüsü ilə baş tutub və Qarabağ zəfərinə həsr olunub. Yarışmaya poman, povest və hekayə janrları üzrə olmaqla zəfər mövzusuda yazılmış 45 əsər təqdim olunub. İki mərhələdə keçirilən yarışmada jüri üzvləri öncə hər janr üzrə 3 əsər seçərək ekspetlərə təqdim eləyib. İkinci mərhələdə ekspertlər bu müəlliflər arasından qalibləri müəyyən edib:
Roman - Etibar Muradxanlı, “İlin beşinci fəsli”;
Povest - Nazilə Gültac, “Şəhid atası”;
Hekayə - Təvəkkül Boysunar, “Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar”
Dalidag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu sözü Dastanoğlu Fondunun sədri, yazıçı-publisist Rüstəm Dastanoğluna verdi. Əsas diqqəti Qarabağ zəfərimizin bədii ədəbiyyatda işıqlandırılması zərurəti, bunun bədii sözün zaman, dövlətçiliyimiz və millətimiz qarşısında borcu kimi dəyərləndirən R.Dastanoğlu Fondun bu istiqamətdəki fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirdi.
Xalq şairi Vahid Əziz, AYB sədrinin müavini, yazıçı-publisist Rəşad Məcid, yarışmanın Təşkilat Komitəsinin sədri, “Azərbaycan” jurnalı baş redaktorunun müavini, ədəbi-tənqidçi Əsəd Cahangir, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, jüri üzvü Azər Turan, yazıçı-tərcüməçi Yaşar Əliyev, professor Abbas Bağırov və digərləri çıxış edərək, Dastanoğlu Fondunun ədəbiyyatımızın inkişafı naminə atdığı bu addımı yüksək qiymətləndirdilər, digər iş adamlarımızı da bundan örnək götürməyə çağırdılar.

Sonra qaliblərin ödülləndirilməsi başlandı: roman üzrə qalibə diplom və pul mükafatını Anar, povest və hekayə üzrə qaliblərə isə müvafiq olaraq Vahid Əziz və Rəşad Məcid təqdim elədi. AYB katibiləri Elçin Hüseynbəyli və İlqar Fəhmi, yazıçı, jurnalist və alimlərdən “Azərbaycan-Almaniya cəmiyyəti”nin sədri Çingiz Abdullayev, Elnarə Akimova, Fəxrəddin Səlim, Fəxriyyə Lilpar, Əhməd Qəşəmoğlu, Nağdəli Zamanov və digərlərinin qatıldığı tədbir iştirakçıların xatirə şəkli çəkdirməsi ilə başa çatdı.
Dalidag.az








Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
