Reklam
Kəlbəcərli şairin məşhur şeiri oğurlandı - VİDEO
13-01-2021 15:03
Şeirin bəxti gətirir ki, oxunur, dillər əzbəri olur, müəllif yaratdığı öz imzasıyla tanınanda "bəxtəvər" olur...
Ədəbiyyat, incəsənət aləmində rast gəlinən hadisələrdən biri də müəllif hüquqlarının pozulmasıdı. Dəfələrlə bir şeirin və yaxud əsərin müəllifinin ya bilərək, ya da bilmədən başqa müəllif göstərildiyinin şahidi olmuşuq. Bəzən də artıq məşhurlaşmış şeirə sahib çıxanlar olur. Belə başıbəlalı şeirlərdən biri də Kəlbəcərli şair Nəcəf Sarıyevin "Qocalmışam" şeiridi. Ayrı-ayrı qiraətçilər tərəfindən səsləndirilən şeir çox təəssüf ki, Əlibala Qədirli adlı başqa bir müəllifin imzasıyla təqdim olunur. Şeiri qiraətçilərə qondarma müəllifmi təqdim edib, ya bir başqası, bilmirik. Ancaq görünən o ki, məhz Ə.Qədirlinin "Qocalmışam"ı özününküləşdirməsi şeirsevərlər arasında çaşqınlıq yaradıb. Belə ki, "yutub" kanalında onun bu şeiri özünə aid kimi səsləndirməsi faktı var. Demək, bu müəllif yalnışlığı təsadüfi deyil. Təbii ki, qiraətçilərin də üzərinə məsuliyyət düşür. Ən azından araşdırmaq, müəllifi dəqiqləşdirmək olar. Çoxdan qələmə alınmış bu şeir nümunəsi N. Sarıyevin geniş yaradıcılığından bir damladı.
Qeyd edək ki, Nəcəf Sarıyev Bimar Əli nəslindəndi. Bu şəcərədən bir çox qələm sahibləri yetişib.
QOCALMIŞAM
Ey dost , soruşursan ağarıb saçın ,
Qoy deyim səbəbin yaz, qocalmışam.
Dağlar əyilərdi mən çəkən dərddən,
Hələ mən dözmüşəm, az qocalmışam.
Viran etdi məhəbbətin məlalı,
Dağıldı könlümün cahı-cəlalı.
Sevgim faciəli, eşqim bəlalı,
Yanmışam, olmuşam köz, qocalmışam.
Sənət bağcasında barsız deyiləm,
Sinəm xəzinədir, varsız deyiləm,
Tənə söz götürən, arsız deyiləm,
Salıb ürəyimə tez, qocalmışam.
Yapalaq kor baxar qızıl çələngə,
Köhlənə lag edir arıq-ələngə.
Çaqqal şirə gülür, tülkü pələngə,Sar satir tərlana naz, qocalmişam.
Elə gətirib ki, dünyanin işi,
Əyilir namərdə əyilməz kişi.
Baharın çovgunu, rüzgarın qışı,
Baglayıb sinəmdə buz, qocalmışam.
Nəcəfəm, əlimə düşə cavanlıq,
Qatam qocalıga edəm yavanlıq.
Günahkar fələkdir, odur divanlıq,
Qatıb ipəyimə bez, qocalmışam.
Nəcəf Sarıyev
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr / Video
Tarix: 13-01-2021 15:03
Baxış sayı: 31 478
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02