Reklam
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub
03-07-2020 21:31

Azərbaycanın görkəmli şairi, müasir milli poeziyamızın ən parlaq simalarından olan Səməd Vurğunun şeirləri ilk dəfə Türkiyədə nəşr olunub.
Dalidag.az xəbər verir ki, şeirlər Türkiyənin istedadlı milli şairi Kənan Çarboğa tərəfindən tərcümə edilib. Nəşrdə böyük şairin “Acı gülüşlər”, “Adsız şeir”, “Ana”, “Anamın gəlini”, “Bahar”, “Çiçək”, “Dağlar”, “Şəkil” və s. məşhur şeirləri toplanıb.Kitabın “Ön söz”ünün müəllifi AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, nəşrin məsləhətçisi Moşu Vəkilovdur. “Səməd Vurğundan seçmə şeirlər” adı ilə türkdilli poeziyasevərlərə təqdim olunan kitabın redaktorları Elçin Qafarlı və Dəyanət Osmanlıdır.
Bu nəşr Kənan Çarboğa ilə Elçin Qafarlının birgə layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatı seriyasından olan birinci kitabdır. Layihə çərçivəsində bu il ərzində Əhməd Cavadın, Mikayıl Müşfiqin və Cəfər Cabbarlının seçmə şeirlərinin də nəşr olunması nəzərdə tutulub.
Qeyd edək ki, keçən ay şair Kənan Çarboğanın “Turan aşkı” kitabı türk dilində Azərbaycanda Atatürk Mərkəzi tərəfindən Bakıda işıq üzü görüb.Azərtac
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 03-07-2020 21:31
Baxış sayı: 41 107Yazı axını
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
23 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
Ən çox oxunanlar





























