Laçınlı şair “Səni düşünürəm” dedi- Yeni kitab

22-03-2020 19:40
İstəkli qələm dostlarım, sözə-sənətə dəyər vermyi bacaran söz sərrafları! Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsində və çoxsaylı oxucular arasında istedadlı şair, nasir və esseist kimi tanınan Namiq Zaman Novruz Bayramı ərəfəsində “Qanun” nəşriyyarının “köynəyindən” çıxan “Səni düşünürəm” adlı şeirlər kitabıyla hamımıza unudulmaz anlar bəxş etmişdir.
Bəri başdan deyim ki, redaktoru və ilk xeyir - duaçısı olduğum kitab, insanlara bəşəri duyğular, nəcib hisslər bəxş etmək baxımından yüksək dəyər kəsb edir. İllərdən bəri qədim oğuz elimiz Laçının, - bütövlükdə isə düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın həsrəti ilə yaşayan qələm dostum, özünün ilk “poetik vəsiqəsi” ilə yüksək zövqlü söz sərraflarının ürəklərinin sevgi ucalığında dayanmaq haqqına sahibdir.
İnşallah, hamılıqla “koranovirus”un üzərində qələbə çalandan sonra, Namiq müəllimin kitabı ilə ilgili Bakıda, Ağdaşda və çox güman ki, (müəllifin özü arzulayarsa) “Taxta körpüdə” təqdimat mərasimləri sərgiləyəcəyik. Elə bu istəklə də Novruz Bayramı sevincimizə sevinc qatan Namiq Zamanı Mingəçevir yazarları ilə yanaşı, şairin imzasına hörmət və ehtiramla yanaşan oxucular adından təbrik edirəm. Var olun, Namiq müəllim! Sizə cansağlığı, yaradıcılıq uğurları, ailə səadəti arzulayıram!

İsmayıl İmanzadə
Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 22-03-2020 19:40
Baxış sayı: 3703
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını