Reklam
Sevinc Qərib:"Boy-boy çiçəkləndim, sevgi-sevgi böyüdüm..." -ŞEİRLƏR
08-03-2020 09:30
Onu bəzən gülə, bəzən günəşə, bəzən aya... dünyaya gözəlliklərlə yanaşı həyat bəxş edən nələrə bənzətmədilər ki... Ətirlidi, hərarətlidi, işıqlıdı, yaradandı... Bütün gözəlliklərin, şəninə yaraşdırılan ən şairanə adların boyu çatmayan bir adı var onun - QADIN! Tanrının cisminə, ruhuna biçdiyi ən mükəmməl ad. Bu gün onların günüdü. Mələklərin üzünə nəfəs üfürdüyü qadın, cənnətin ayaqlarına sərildiyi ana adını daşıyan varlıqların. Bir adı segi, bir adı eşq, bəzən anlaşılması çətin fəlsəfə, bəzən oxunması çətin kitabdı QADIN. Bütün hallarda həyat Tanrının möhtəşəm əsəri olan qadınlarla gözəldir. Şeir kimi, söz kimi...
Dalidag.az bütün həmkarlarımızın yaradıcılığına həssaslıq və diqqətlə yanaşan, istər ədəbi səhifələrdə, istərsə də saytlarda dərc və təqdim edən Sevinc Qəribin timsalında qadınlarımızı təbrik edir, onlara sevgi, səadət dolu, uğuru, sevinci bol həyat arzulayırıq.
Müəllifdən bir neçə sevgi şeiri hədiyyəniz olsun, əziz qadınlar, BAYRAMINIZ MÜBARƏK!
***
Mən sükutam...
zülmətlərin köksünü yaran
işıq kimi dələrəm qulaqlarını,
səs olaram, ün olaram
yorğun beyninin fikirlə
qalaqlanmış dar küçələrində.
Xəyal görünər gözünə...
Tanrının təbəssümünü
geyinmiş qadın ulduz gözlərini
baxışlarına yar edər,
öpüşər nəm kirpiklərin
xoşbəxtliyin rəsmiylə.
boşluğa yuvarlanan ruhuna
işıq düşər,
qoparsan qaranlığın qollarından..,
ağrı köynəyini soyunar bədənin.
Göyün bulud saçlarından
bir tel düşər yanağına,
əllərimi axtararsan,..
həsrətinə asi düşən
ürəyin atlanar
üz çevirdiyin uzaqlara...
YIXILMAZDI ÜRƏYİMDƏN ADAMLAR
Bircə adam saxlayaydın gözümdə,
Kiçiltməzdin ucaltdığım “dağları”.
Bircə ümid, bircə inam, tək güvən...
Qaraltmazdın dürr bildiyim “ağları”.
Gətirməzdin gözlərimə payızı,
Başlamazdı yarpaq-yarpaq tökümlər,
Xəzanına bulaşmazdı taleyim,
Yıxılmazdı ürəyimdən adamlar.
O qadın da yalançıymış, İlahi,
Aldandım şeytanın mələk üzünə.
İblisiymiş, qaranlığın Allahı
İşıq kimi görünürmüş gözümə.
O adam da babasıymış günahın,
Savab bilib yar seçmişəm özümə.
Düz sözəydi apardığım pənahım
Güvəndim...aldandım kişi sözünə.
Bircə adam saxlayaydın gözümdə,
Bircə ümid, bircə inam, tək güvən...
MƏN OLSAYDIM...
Güzgüdəki mənəm?!.
...yox, mən deyiləm,
mən olsaydım-
təbəssüm toxuyardı kipriklərim,
duyğu misralanardı gözlərimdə,
şeir dillənərdi baxışlarımda...
Mən olsaydım-
üşüməzdi əllərim,
ağlamazdı saçlarım,
ağrımazdı qollarım.
Mən olsaydım-
yıxılmazdım sənsizlik adlı ağrının
ayaqlarına,
yoxluğuna bürünmüş dünyanın
havasızlığından
asmazdım nəfəsimi,
sükutu qucaqlamazdı qulaqlarım,
qaranlığı öpməzdi gözlərim..
Mən olsaydım-
sevinc oynaşardı dodaqlarımda,
kədər çiliklənərdi yanaqlarımda...
Güzgüdəki mənəm...
çəkildim göylərə..,
ruhum çırpınır Tanrının ovcunda
kəpənək kimi...
SƏN MƏNİM EVİMSƏN...
Guya ki, mən sənin evin deyiləm,
bu yuva, bu ocaq bizimki deyil?!
Gözündən asılan alovlu baxış,
ruhuna qovuşan ruh mənim deyil?!...
Ovcun əllərimin isti yuvası,
əllərin ovcumda ən əziz sakin.
Sən məndə var olan ilahi adam,
mən səndə yaşayan bəxtəvər qadın.
Bizim yaşamağa evimiz yoxdu...
sən mənim EVİMSƏN,
mən sənin EVİN...
* * *
Mən körpəmdən yetim idim..,
sən balam oldun...
alışdım qismətin yoxluq
dadına.
Sənə qədər ümidlərimin
məzarlığıydı ürəyim.
Gəldin..,
bir qadın doğuldu içimdə.
Sevdin..,
boy-boy çiçəkləndim,
sevgi-sevgi böyüdüm,
Mən oldum,
SƏN oldum...
BƏLKƏ SƏNDƏN BİR NİŞANƏ...
Gedirəm..,
doymuş səbrimi tökəcəm
ayrılığın yollarına,
kölgən kimi sürünəcəm
uzağa,
döşənəcək izlərim
sonsuzluğun ayaqlarına...
Dolanacam,
yolları görünməz edən
dağların başına,
günün ətəyindən tutub,
düşəcəm axşama.
Dörd açacam gözümü,
bəlkə səndən bir nişanə,
bəlkə də bir iz tapdım..
DİNLƏ, AY ADAM, DİNLƏ!
Eşidirsənmi, adam?!
ürəyimin səsiylə
zümzümə edir gecə,
bir az qulaq ver dinlə...
Xatirə havasına
yas tutur xəyallarım,
gecənin qollarında
titrəyən şəhər kimi
buza dönüb bədənim.
Ruhumun səsi çıxmır,
heç bilmirəm hardadı.
Gözlərimi asdığım
tavan yaman ağrıyır...
düşüb yuxu dalınca
hardasa azan fikrim,
geri iz tapmadığı
nəhayətsiz yolları,
ilişib qopmadığı
dağı-daşı qarğıyır.
Yuvasız quşlar kimi
əllərim qərib, yetim,
ovucların uzaqda..,
Dinlə, ay adam, dinlə!
dinlə, ağrının səsin,
yoxluğuna boyanmış
gecənin zümzüməsi
qoy layla çalsın sənə.
Dinlə, gecədən keçən
bir qadın sükutunu
dinlə, ay adam, dinlə!
İNADIM VAR "QARA YELƏ"
Ölsəm bağışla, sevdiyim,
Düşdüm dərdin yuvasına.
Yenə ağrıyla "kefdəyəm",
Uçuram həb havasına...
Güclüdü dərdin qolları,
Çıxammıram ağuşundan.
Yordum diklənən yolları,
Endim ömrün yoxuşundan...
Ağrıyır saçımın dəni,
Boş ovcumda qış qoxusu.
Ötürüb vaxtı-vədəni,
Gəlir ömrümün yuxusu.
Yolları dincə qoymuşam,
Çəkmələrim ayaqsızdı.
Dərdin üzünü soymuşam,
Yaralarım boyaqsızdı.
Dabanlarım həsrət çəkir,
Bir ovuc torpaq üzünə.
Baxışlarım ümid əkir
Uzaqların qəm düzünə.
Can üstəyəm ölmürəm ki,
İnadım var "qara yelə".
"Razılığa" gəlmirəm ki,
Can borcum var əsir elə.
ŞEİRLİ YUXUM
Gecə incik-incik gözümdən düşür,
Çəkilir ulduzlu xanimanına.
Kipriklərim xumar-xumar öpüşür,
Aldanıb bir yuxu ehtimalına.
Guya qovuşacaq yuxuyla gözlər,
Guya yuxularda azasıyam mən.
Duyğular oyaqdı bətnində sözlər,
Ruhum xəbər verir təzə şeirdən.
Qələmin ucuna min naz çəkilib,
Nazlana-nazlana süzülür duyğum.
Bu gecə gözümə şeir tökülüb,
Şeir toxuyacaq bu gecə yuxum.
ÖLÜRƏM SƏNSİZ...
Yağışa susamış quraqlar kimi,
Ruhum qəribsəyir nəfəsin üçün.
Xiffətdən çatlamış dodaqlar kimi,
Ürəyim göynəyir, ölürəm sənsiz...
Kimə rəhmi gəlib mənə də gəlsin,
Hicranın xisləti dönməz, dəyişməz.
İmanı yoxdu ki, dinə də gəlsin..,
Qəlbimi qəm didir, ölürəm sənsiz...
Aynalar xəstəhal göstərir məni,
Rəngim avazıyıb, yanağım solub.
Ağlasın xan Araz, dəli Kür məni,
Əcəl sinəmdədi, ölürəm sənsiz..
SƏNSİZLƏMİŞƏM
Getdiyin yolların uzaqlığı qədər
çəkilir ürəyim.
Ürəyim çəkildiyi qədər darıxıram.
Darıxdığım qədər ölürəm...
Həsrətim qədər uzanır əllərim
getdiyin yolların sən olan yerinə.
Baxışlarım əllərimin izində
çəkir yolları özünə sarı...
Sənsizlik qədər xəstələnmişəm,
sənsizlik qədər ağrıyır canım.
Sənsizləmişəm...
YATAĞIMDA PAYIZ FƏSLİ OLURAM
Kipriyimin ətəyindən asılıb,
Nənni kimi yırğalayır gözümü.
Göz dediyin kürəyindən basılıb,
Tabı çatmır, yorğalayır dözümü.
Daha gecələrə təslim oluram,
Yuxularda azdıracam bu dərdi.
Yatağımda payız fəsli oluram,
Soyuq dərdim payızdan da betərdi.
Kipriyimi çəkir, çəkir aşağı,
Aparacaq hara məni bu yuxu.
Hər yağışdan doğmaz ki göy
qurşağı..
Yastığımda gecələyir nəm qoxu.
Ağır-ağır süzülürəm gecəyə,
Yoxa çıxır divardakı kölgələr.
Sükut çökür səsli-küylü küçəyə,
Mürgü vurur fikrimdəki bəlkələr.
UZAQLARIN ADAMI
Uzaqların adamı,
Səsimi duyursanmı?
Bircə dəfə özünü
Yerimə qoyursanmı?
Bilirsənmi gecəmə
Darışıb ölü hüzün?
Xəstəyəm- şəfam olar
Bircəcə “gülüm” sözün.
Könlümə yatmır bahar
Çişəklər yas içində
Ürəyim ləlik düşüb
Dəli həsrət köçündə.
Dualara bürünüb
Ümidə köklənmişəm
Hamı, hər kəs yanımda
Bir səndən təklənmişəm.
Mən divanə,sən dəli
Ruhumuz havalarda
Sənə məğlub oluram
Özümlə davalarda.
Xəyallardan körpü qur,
Yaxın elə uzağı.
Nəfəsini yorğan et,
Canı çıxsın sazağın.
Uzaqların adamı,
Səsimi duyursanmı?!...
SƏNSİZ KEÇƏN BİR GÜN...
Otaqda var-gəl edib
unutduğum adımı
yadıma salmaq cəhdim,
qəfil özümdə azıb
səndə tapılmaq istəyim,
bir az darıxmaq havası,
bir az ağrı,
bir az "ölüm",
notları haray çəkən
kədərin simfoniyası,
bir az sükutun ağısı,
bir az unutmaq qorxusu...
bir də gecənin hönkürən
hüznü var,
pəncərəmi matəm rənginə
boyayan...
TANRININ EVİNDƏ BİR RUH DUL QALIB
Bu taleyin son qadını mən idim,
Ürəyini gözlərinə sığdıran.
Mən idim e buludların bətnindən
Göz yaşıtək yağışları yağdıran...
Könül köçüm göy üzünə yol alıb,
Ulduz-ulduz ilmələnir izlərim.
Tanrının evində bir ruh dul qalıb,
Ora çəkir, ora çəkir dizlərim...
Yeri varmı bir adamlıq komaya,
Ətəyində yuva qurum tanrının.
Gör nə qədər göz dikilib səmaya,
Gözü hardan məni görsün tanrının?!.
HARDASAN?
Hardasan,
yolların yorduğu adam?!
Yenə yollara naxışmı hörürsən,
ürəyimi çəkib aparan izlərinlə?
Köhnə yollar ayaqlarına sərilib
yəqin, sevgilin kimi...
Hardasan,
xəyallar qurduğum adam?!
Gecənin bətni dolub,
birazdan qaranlıqlar doğulacaq,
izlərini addım-addım yaddaşına
köçürən,
dabanlarını hərisliklə öpən
yollar görünməz olacaq...
Bir cüt göz nəmlənir
gecəyə açılan pəncərəmdə,
bir ağrı sızıldayır
qoynumda daşa dönmüş
əllərimdə...
Hardasan,
ruhunun səcdəcinə durduğum
adam?!
De, harda dincəldirsən yorğun
ayaqlarını,
qayğılarını qucaqlayıb yuxuya
getmisən yoxsa?!.
Bir ucuz otel otağının
nimdaş yatağı
rahatmı qollarımtək,
İsidə bilirsənmi üşüyən ruhunu
nəfəsim olmayan yerdə?
Hardasan?!!
ANA
Oğul düşmən çəpəriymiş,
Çəpər "göyərdə" bilmədim.
Qız dizinin təpəriymiş,
Təpərsizdi dizim, ana!
Özümdən Tanrıya yolam,
Ruhum göylərə körpüdü.
Dərdin yarıtdığı qulam,
Qəmə toxdu gözüm, ana!
Varım-yoxum sözdü elə,
Misra-misra ömr edirəm.
Tale yazan yazdı belə,
Deyirsən döz, dözüm, ana...
Sevinc QƏRİB
Dalidag.az
Dalidag.az bütün həmkarlarımızın yaradıcılığına həssaslıq və diqqətlə yanaşan, istər ədəbi səhifələrdə, istərsə də saytlarda dərc və təqdim edən Sevinc Qəribin timsalında qadınlarımızı təbrik edir, onlara sevgi, səadət dolu, uğuru, sevinci bol həyat arzulayırıq.
Müəllifdən bir neçə sevgi şeiri hədiyyəniz olsun, əziz qadınlar, BAYRAMINIZ MÜBARƏK!
***
Mən sükutam...
zülmətlərin köksünü yaran
işıq kimi dələrəm qulaqlarını,
səs olaram, ün olaram
yorğun beyninin fikirlə
qalaqlanmış dar küçələrində.
Xəyal görünər gözünə...
Tanrının təbəssümünü
geyinmiş qadın ulduz gözlərini
baxışlarına yar edər,
öpüşər nəm kirpiklərin
xoşbəxtliyin rəsmiylə.
boşluğa yuvarlanan ruhuna
işıq düşər,
qoparsan qaranlığın qollarından..,
ağrı köynəyini soyunar bədənin.
Göyün bulud saçlarından
bir tel düşər yanağına,
əllərimi axtararsan,..
həsrətinə asi düşən
ürəyin atlanar
üz çevirdiyin uzaqlara...
YIXILMAZDI ÜRƏYİMDƏN ADAMLAR
Bircə adam saxlayaydın gözümdə,
Kiçiltməzdin ucaltdığım “dağları”.
Bircə ümid, bircə inam, tək güvən...
Qaraltmazdın dürr bildiyim “ağları”.
Gətirməzdin gözlərimə payızı,
Başlamazdı yarpaq-yarpaq tökümlər,
Xəzanına bulaşmazdı taleyim,
Yıxılmazdı ürəyimdən adamlar.
O qadın da yalançıymış, İlahi,
Aldandım şeytanın mələk üzünə.
İblisiymiş, qaranlığın Allahı
İşıq kimi görünürmüş gözümə.
O adam da babasıymış günahın,
Savab bilib yar seçmişəm özümə.
Düz sözəydi apardığım pənahım
Güvəndim...aldandım kişi sözünə.
Bircə adam saxlayaydın gözümdə,
Bircə ümid, bircə inam, tək güvən...
MƏN OLSAYDIM...
Güzgüdəki mənəm?!.
...yox, mən deyiləm,
mən olsaydım-
təbəssüm toxuyardı kipriklərim,
duyğu misralanardı gözlərimdə,
şeir dillənərdi baxışlarımda...
Mən olsaydım-
üşüməzdi əllərim,
ağlamazdı saçlarım,
ağrımazdı qollarım.
Mən olsaydım-
yıxılmazdım sənsizlik adlı ağrının
ayaqlarına,
yoxluğuna bürünmüş dünyanın
havasızlığından
asmazdım nəfəsimi,
sükutu qucaqlamazdı qulaqlarım,
qaranlığı öpməzdi gözlərim..
Mən olsaydım-
sevinc oynaşardı dodaqlarımda,
kədər çiliklənərdi yanaqlarımda...
Güzgüdəki mənəm...
çəkildim göylərə..,
ruhum çırpınır Tanrının ovcunda
kəpənək kimi...
SƏN MƏNİM EVİMSƏN...
Guya ki, mən sənin evin deyiləm,
bu yuva, bu ocaq bizimki deyil?!
Gözündən asılan alovlu baxış,
ruhuna qovuşan ruh mənim deyil?!...
Ovcun əllərimin isti yuvası,
əllərin ovcumda ən əziz sakin.
Sən məndə var olan ilahi adam,
mən səndə yaşayan bəxtəvər qadın.
Bizim yaşamağa evimiz yoxdu...
sən mənim EVİMSƏN,
mən sənin EVİN...
* * *
Mən körpəmdən yetim idim..,
sən balam oldun...
alışdım qismətin yoxluq
dadına.
Sənə qədər ümidlərimin
məzarlığıydı ürəyim.
Gəldin..,
bir qadın doğuldu içimdə.
Sevdin..,
boy-boy çiçəkləndim,
sevgi-sevgi böyüdüm,
Mən oldum,
SƏN oldum...
BƏLKƏ SƏNDƏN BİR NİŞANƏ...
Gedirəm..,
doymuş səbrimi tökəcəm
ayrılığın yollarına,
kölgən kimi sürünəcəm
uzağa,
döşənəcək izlərim
sonsuzluğun ayaqlarına...
Dolanacam,
yolları görünməz edən
dağların başına,
günün ətəyindən tutub,
düşəcəm axşama.
Dörd açacam gözümü,
bəlkə səndən bir nişanə,
bəlkə də bir iz tapdım..
DİNLƏ, AY ADAM, DİNLƏ!
Eşidirsənmi, adam?!
ürəyimin səsiylə
zümzümə edir gecə,
bir az qulaq ver dinlə...
Xatirə havasına
yas tutur xəyallarım,
gecənin qollarında
titrəyən şəhər kimi
buza dönüb bədənim.
Ruhumun səsi çıxmır,
heç bilmirəm hardadı.
Gözlərimi asdığım
tavan yaman ağrıyır...
düşüb yuxu dalınca
hardasa azan fikrim,
geri iz tapmadığı
nəhayətsiz yolları,
ilişib qopmadığı
dağı-daşı qarğıyır.
Yuvasız quşlar kimi
əllərim qərib, yetim,
ovucların uzaqda..,
Dinlə, ay adam, dinlə!
dinlə, ağrının səsin,
yoxluğuna boyanmış
gecənin zümzüməsi
qoy layla çalsın sənə.
Dinlə, gecədən keçən
bir qadın sükutunu
dinlə, ay adam, dinlə!
İNADIM VAR "QARA YELƏ"
Ölsəm bağışla, sevdiyim,
Düşdüm dərdin yuvasına.
Yenə ağrıyla "kefdəyəm",
Uçuram həb havasına...
Güclüdü dərdin qolları,
Çıxammıram ağuşundan.
Yordum diklənən yolları,
Endim ömrün yoxuşundan...
Ağrıyır saçımın dəni,
Boş ovcumda qış qoxusu.
Ötürüb vaxtı-vədəni,
Gəlir ömrümün yuxusu.
Yolları dincə qoymuşam,
Çəkmələrim ayaqsızdı.
Dərdin üzünü soymuşam,
Yaralarım boyaqsızdı.
Dabanlarım həsrət çəkir,
Bir ovuc torpaq üzünə.
Baxışlarım ümid əkir
Uzaqların qəm düzünə.
Can üstəyəm ölmürəm ki,
İnadım var "qara yelə".
"Razılığa" gəlmirəm ki,
Can borcum var əsir elə.
ŞEİRLİ YUXUM
Gecə incik-incik gözümdən düşür,
Çəkilir ulduzlu xanimanına.
Kipriklərim xumar-xumar öpüşür,
Aldanıb bir yuxu ehtimalına.
Guya qovuşacaq yuxuyla gözlər,
Guya yuxularda azasıyam mən.
Duyğular oyaqdı bətnində sözlər,
Ruhum xəbər verir təzə şeirdən.
Qələmin ucuna min naz çəkilib,
Nazlana-nazlana süzülür duyğum.
Bu gecə gözümə şeir tökülüb,
Şeir toxuyacaq bu gecə yuxum.
ÖLÜRƏM SƏNSİZ...
Yağışa susamış quraqlar kimi,
Ruhum qəribsəyir nəfəsin üçün.
Xiffətdən çatlamış dodaqlar kimi,
Ürəyim göynəyir, ölürəm sənsiz...
Kimə rəhmi gəlib mənə də gəlsin,
Hicranın xisləti dönməz, dəyişməz.
İmanı yoxdu ki, dinə də gəlsin..,
Qəlbimi qəm didir, ölürəm sənsiz...
Aynalar xəstəhal göstərir məni,
Rəngim avazıyıb, yanağım solub.
Ağlasın xan Araz, dəli Kür məni,
Əcəl sinəmdədi, ölürəm sənsiz..
SƏNSİZLƏMİŞƏM
Getdiyin yolların uzaqlığı qədər
çəkilir ürəyim.
Ürəyim çəkildiyi qədər darıxıram.
Darıxdığım qədər ölürəm...
Həsrətim qədər uzanır əllərim
getdiyin yolların sən olan yerinə.
Baxışlarım əllərimin izində
çəkir yolları özünə sarı...
Sənsizlik qədər xəstələnmişəm,
sənsizlik qədər ağrıyır canım.
Sənsizləmişəm...
YATAĞIMDA PAYIZ FƏSLİ OLURAM
Kipriyimin ətəyindən asılıb,
Nənni kimi yırğalayır gözümü.
Göz dediyin kürəyindən basılıb,
Tabı çatmır, yorğalayır dözümü.
Daha gecələrə təslim oluram,
Yuxularda azdıracam bu dərdi.
Yatağımda payız fəsli oluram,
Soyuq dərdim payızdan da betərdi.
Kipriyimi çəkir, çəkir aşağı,
Aparacaq hara məni bu yuxu.
Hər yağışdan doğmaz ki göy
qurşağı..
Yastığımda gecələyir nəm qoxu.
Ağır-ağır süzülürəm gecəyə,
Yoxa çıxır divardakı kölgələr.
Sükut çökür səsli-küylü küçəyə,
Mürgü vurur fikrimdəki bəlkələr.
UZAQLARIN ADAMI
Uzaqların adamı,
Səsimi duyursanmı?
Bircə dəfə özünü
Yerimə qoyursanmı?
Bilirsənmi gecəmə
Darışıb ölü hüzün?
Xəstəyəm- şəfam olar
Bircəcə “gülüm” sözün.
Könlümə yatmır bahar
Çişəklər yas içində
Ürəyim ləlik düşüb
Dəli həsrət köçündə.
Dualara bürünüb
Ümidə köklənmişəm
Hamı, hər kəs yanımda
Bir səndən təklənmişəm.
Mən divanə,sən dəli
Ruhumuz havalarda
Sənə məğlub oluram
Özümlə davalarda.
Xəyallardan körpü qur,
Yaxın elə uzağı.
Nəfəsini yorğan et,
Canı çıxsın sazağın.
Uzaqların adamı,
Səsimi duyursanmı?!...
SƏNSİZ KEÇƏN BİR GÜN...
Otaqda var-gəl edib
unutduğum adımı
yadıma salmaq cəhdim,
qəfil özümdə azıb
səndə tapılmaq istəyim,
bir az darıxmaq havası,
bir az ağrı,
bir az "ölüm",
notları haray çəkən
kədərin simfoniyası,
bir az sükutun ağısı,
bir az unutmaq qorxusu...
bir də gecənin hönkürən
hüznü var,
pəncərəmi matəm rənginə
boyayan...
TANRININ EVİNDƏ BİR RUH DUL QALIB
Bu taleyin son qadını mən idim,
Ürəyini gözlərinə sığdıran.
Mən idim e buludların bətnindən
Göz yaşıtək yağışları yağdıran...
Könül köçüm göy üzünə yol alıb,
Ulduz-ulduz ilmələnir izlərim.
Tanrının evində bir ruh dul qalıb,
Ora çəkir, ora çəkir dizlərim...
Yeri varmı bir adamlıq komaya,
Ətəyində yuva qurum tanrının.
Gör nə qədər göz dikilib səmaya,
Gözü hardan məni görsün tanrının?!.
HARDASAN?
Hardasan,
yolların yorduğu adam?!
Yenə yollara naxışmı hörürsən,
ürəyimi çəkib aparan izlərinlə?
Köhnə yollar ayaqlarına sərilib
yəqin, sevgilin kimi...
Hardasan,
xəyallar qurduğum adam?!
Gecənin bətni dolub,
birazdan qaranlıqlar doğulacaq,
izlərini addım-addım yaddaşına
köçürən,
dabanlarını hərisliklə öpən
yollar görünməz olacaq...
Bir cüt göz nəmlənir
gecəyə açılan pəncərəmdə,
bir ağrı sızıldayır
qoynumda daşa dönmüş
əllərimdə...
Hardasan,
ruhunun səcdəcinə durduğum
adam?!
De, harda dincəldirsən yorğun
ayaqlarını,
qayğılarını qucaqlayıb yuxuya
getmisən yoxsa?!.
Bir ucuz otel otağının
nimdaş yatağı
rahatmı qollarımtək,
İsidə bilirsənmi üşüyən ruhunu
nəfəsim olmayan yerdə?
Hardasan?!!
ANA
Oğul düşmən çəpəriymiş,
Çəpər "göyərdə" bilmədim.
Qız dizinin təpəriymiş,
Təpərsizdi dizim, ana!
Özümdən Tanrıya yolam,
Ruhum göylərə körpüdü.
Dərdin yarıtdığı qulam,
Qəmə toxdu gözüm, ana!
Varım-yoxum sözdü elə,
Misra-misra ömr edirəm.
Tale yazan yazdı belə,
Deyirsən döz, dözüm, ana...
Sevinc QƏRİB
Dalidag.az
Kateqoriya: Manşet / Karusel / Poeziya-nəsr
Tarix: 08-03-2020 09:30
Baxış sayı: 41 530
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02