Reklam
"Murovdağ" Xeyriyyə Cəmiyyəti bərpa edilir? - TƏKLİF VAR
27-02-2020 20:07
1990-cı illərdə Bakıda yaşayan kəlbəcərli ziyalılar Kəlbəcərə kömək məqsədilə, “Murovdağ” Xeyriyyə Cəmiyyəti yaratdılar. Çətin vaxtda kəlbəcərliləri bir araya gətirən, birlik- bərabərlik nümayiş etdirən cəmiyyət cəbhə bölgəsinə yardım etməklə yanaşı, sosial problemlərin həllinə də köməyini əsirgəməmişdir. Məlumata görə cəmiyyət aztəminatlı, ehtiyacı olan ailələrə əl tutub, işğal sonrası sakinlərin sığınacaq və yaşayış yerləri ilə təmin olunmasına vasitəçi olmuşdur. Kəlbəcər ziyalılarının üzv olduğu sözügedən cəmiyyət yaddaşlarda xoş iz buraxıb. Bu səbəbdən bu gün də belə bir quruma, lap "Murovdağ" Xeyriyyə Cəmiyyətinin bərpasına ehtiyac duyulduğu bir sosial sifariş kimi gündəmə gəlib. Çünki kəlbəcərlilərin birliyi bu gün də lazımdı və maddi çətinliklər məngənəsində sıxılan vətəndaşlarımız yenə də var. Düzdür, kəlbəcərlilərin yaratdığı bir neçə birliklər var, ancaq göründüyü kimi məhdud fəaliyyətli və ya o qədər də fəal olmayan birliklər yetərli deyi. Bir missiyaya, bir məqsədə köklənən, Kəlbəcər adına xidmət edən bu kimi birliklər fəaliyyətini genişləndirsələr, daha da aktiv olsalar məqsədə gedən yol da qısalar...Dalidag.az kəlbəcərli ziyalı Sabir Mirzəyevin bu barədə fikirlərini təqdim edir:
"Kəlbəcər camaatı qürur və birliyini qorumaq üçün "Murovdağ" cəmiyyətinin fəaliyyətin bərpa etmək vacibdir.
Bu cür birliklər kəlbəcərlilərin birliyi ilə yanaşı keçmişin mirası olan insanpərvərlik, qonaqpərvərlik, mərdlik, səxavətlilik kimi müsbət keyfiyyətin qoruya bilərik. Əziz Kəlbəcər camaatı, Azərbaycanın bütün rayonlarına səpələnmişik. Elə yerlər var ki, kəlbəcərli öz kəlbəcərliliyini itirir. Əlaqələrimizi möhkəmləndirmək, ehtiyacımızı özümüz ödəmək üçün bu cür cəmiyyətə böyük ehtiyacımız var. İstedadlılarımızın ya itib getməsinə, ya da başqa bölgələr yiyə durub kəlbəcərliliyini unutdurulmasına səbəb olur.
Maliyə toplamaq üçün təkcə imkanlı adamların insafına möhtac olmaq deyil, məvacib alan, ailəsini dolandırmaq üçün qazandığı puldan təyin edilmiş məbləğdə hesaba köçürülməlidir.
Cəmiyyətin mərkəzi Bakıda olsa da, hər rayonda filialları olsa, yaxşıdır. Partiyalılıq münasibətləri bu cəmiyyətə şamil olmalı deyil və sair təkliflər əlavə edilməlidir".

Sabir Mirzəyev
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 27-02-2020 20:07
Baxış sayı: 41 181Yazı axını
04 / 12 / 2025
04 / 12 / 2025
03 / 12 / 2025
03 / 12 / 2025
02 / 12 / 2025
01 / 12 / 2025
30 / 11 / 2025
30 / 11 / 2025
29 / 11 / 2025
28 / 11 / 2025
28 / 11 / 2025
28 / 11 / 2025
26 / 11 / 2025
25 / 11 / 2025
25 / 11 / 2025
25 / 11 / 2025
25 / 11 / 2025
24 / 11 / 2025
22 / 11 / 2025
20 / 11 / 2025
20 / 11 / 2025
19 / 11 / 2025
Ən çox oxunanlar




.jpg)























