Reklam
Kəlbəcərli şəhid Zərdabda dəfn olundu- ŞƏKİL/VİDEO
25-02-2020 11:33
Ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu dəfn olunub.
Dalidag.az xəbər verir ki, şəhid İbrahim Vəliyev Zərdabın Gəlmə kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, dünən saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb. Bu zaman ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb. Sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin.
Xatırladaq ki, İ.Vəliyev Kəlbəcər rayon sakinidir və ailəsi hazırda məcburi köçkün kimi Zərdab rayonunda məskunlaşıb. 2001-ci il təvəllüdlü İ.Vəliyev ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.
Dalidag.az

Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 25-02-2020 11:33
Baxış sayı: 4899Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























