Reklam
Kəlbəcərdə arılar kütləvi şəkildə qırılır
04-04-2025 21:57
Son zamanlar Azərbaycanın müxtəlif bölgələrində arılar kütləvi şəkildə tələf olur.Dalidag.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvü Elvin Bayramlı deyib.
O bildirib ki, arıların kütləvi tələf olması xüsusilə, yay aylarında uzun müddət sərin hava müşahidə olunan bölgələrdə baş verir.
"Bu Kəlbəcər və Laçında daha çox hiss olunur. Arıların kütləvi tələf olmasının səbəbini bilmirik. Bu, bölgələrdə müxtəlif formada baş verir. Güclü arı ailələrində ölüm halları daha çox müşahidə olunur. Arı ailəsi yay boyu çox bala yetişdirəndə gənə çoxalır və gənənin hər hansı virusu yaydığı düşünülür. Bu da istehsal sahəsinə təsir edir. Buna görə istehsalda ciddi azalma olacaq.
Bəziləri arı ölümlərinin 30-40%, bəziləri isə 50-60% olduğunu deyirlər. Amma bu təkcə bizim ölkəmizdə baş vermir. Avropa ölkələrində də kütləvi arı ölümlərinin şahidi oluruq. Ötən ilin iyun ayından bu ilin fevral ayına qədər Amerikada 68% arı ölümü qeydə alınıb”.
Kütləvi qırılmanın qarşısını necə almaq olar?
E. Bayramlı ölümlərin qarşısını almaq üçün hələlik sadəcə bir üsulun işə yaradığını deyib:
“Bunun üçün ana arılar 1 mövsüm ərzində 2-3 dəfə qəfəslənməlidir. Yəni ana arı 1 aylıq qəfəslənir və bununla da bala çıxara bilmir. Arı ailəsi isə öz işinə davam edir, çoxlu nektar yığır və bala çevirir, çiçək tozu toplayır. Dediyim kimi bu müddətdə ana arıların yumurta qoyub, sürfələrin arılar tərəfindən yetişdirilməsi prosesi tam dayanır. Bu zaman gənələrin inkişafı üçün də münbit şərait yaranmır. Bal süzümündən sonra dərmanlama aparılır və sürfə fəaliyyəti dayandığına görə virusların, gənələrin yaratdığı zərərlər aradan qalxır. Hələlik istifadə olunan sadə üsul budur, ümidimiz bunadır. Biz ötən mövsüm Kəlbəcərdə bir neçə arını qəfəsləmişdik və onlar sağ qaldılar", - o, bildirib.
O, ölkəmizdə bu sahədə araşdırma aparan müəssisələrin olmadığını dilə gətirib:
“Təəssüf ki, bizdə bununla bağlı araşdırmalar aparan institutlar yoxdur. Bir neçə instituta müraciət edilib, amma nəticəsi olmayıb. Araşdırılmır, dəstək olmurlar. Bəlkə də bu işin peşəkar yoxdur. Belə güman edirəm ki, bu məsələ Amerikada, Avropada araşdırılan zaman səbəb məlum olacaq”.
Dalidag.az
Kateqoriya: Manşet
Tarix: 04-04-2025 21:57
Baxış sayı: 2383Yazı axını
10 / 03 / 2026
08 / 03 / 2026
07 / 03 / 2026
06 / 03 / 2026
04 / 03 / 2026
27 / 02 / 2026
26 / 02 / 2026
26 / 02 / 2026
23 / 02 / 2026
22 / 02 / 2026
22 / 02 / 2026
21 / 02 / 2026
20 / 02 / 2026
20 / 02 / 2026
20 / 02 / 2026
19 / 02 / 2026
19 / 02 / 2026
18 / 02 / 2026
18 / 02 / 2026
18 / 02 / 2026
17 / 02 / 2026
Ən çox oxunanlar













.jpg)













