Reklam
Kəlbəcərdə transformatorlar qarın altında qaldı - VİDEO
26-01-2024 11:14

Azərişıq ASC işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda güclü yağan qar və şaxtaya baxmayaraq dəniz səviyyəsindən 3000 metrdən çox yüksəklikdə yenidənqurma işlərini və fasiləsiz xidməti davam etdirir.
Dalidag.az bildirir ki, ASC-dən verilən məlumata görə, qurumun əməkdaşları yağan qarın hündürlüyünün insan boyunu ötən ərazilərdə belə elektrik şəbəkəsinin transformatorlarını qardan təmizləyir, yeni quraşdırılan güc transformatorlarının işə salınması üçün tədbirlər görürlər.
Kəlbəcər rayonunun Zar-Zəylik kəndi ərazisində yerləşən 160 KVA-lıq transformatora gərginlik verilib, uçot komplekt qurulub və 0.4 kV-luq kabel çəkilib.
Həmçinin, Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Kəlbəcər elektrik şəbəkəsinin xidməti ərazisində yerləşən İstisu istiqamətində yeni çəkilmiş 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqil (ÖİN) kabel xəttinə gərginlik verilib. Quraşdırılmış 160 KVA-lıq transformator montaj olunub və 0.4 kV-luq kabel xətti çəkilərək uçot komplekti quraşdırılıb.
Azərişıq ASC elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir. Yaranan problemlərin mümkün qədər tez vaxtda aradan qaldırmağa çalışır.
Dalidag.az
Kateqoriya: Manşet
Tarix: 26-01-2024 11:14
Baxış sayı: 3441Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























