Reklam
Kəlbəcərli məcburi köçkün küçələrdə qalıb
18-01-2020 11:28
Yeni il gələr-gəlməz bədbəxt hadisəylə qarşılaşanlardan biri də kəlbəcərli məcburi köçkün Gülxanım Kərimova olub.Məcburi köçkünün Mingəçevirdə müvəqqəti məskunlaşdığı yataqxana otağı qısaqapanma nəticəsində əşyaları ilə birlikdə yanıb kül olub. Qəpik-qəpik yığdığı müəyyən məbləğdə pul da həmçinin. Hadisədən sonra zərərçəkən aidiyyəti orqanlara- Kəlbəcər rayon İcra Hakimiyyəti və hal-hazırda məskunlaşdığı Mingəçevir şəhər İcra Hakimiyyətinə müraciət etməsinə baxmayaraq, şikayəti nəticəsiz qalıb.
Dalidag.az-ın məlumatına görə 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə deputatlığa namizəd, tanınmış vəkil Əziz Qənbərov baş vermiş hadisə ilə əlaqədar xanımı ziyarət edib. Qohumunun evində sığınacaq tapmış məcburi köçkün vəziyyətinin ağır olduğunu, küçələrdə qaldığını və şikayətinə baxılmadığını bildirib. Məsələ ilə yaxından tanış olan vəkil hadisəni ictimailəşdirib. Bundan sonra, G. Kərimovanın evi təmir olunub. Ancaq buna baxmayaraq o hələ də küçələrdədi. Ev heç bir əşya ilə təmin olunmayıb, yaşamaq üçün yararsızdı.
Ümid edirik ki, aidiyyəti orqanlar üzərinə düşən vəzifəni yerinə yetirərək, onsuz da yurd həsrətilə ürəyi yanan bu xanıma köməklik göstərəcək, evinin əşya ilə təmin olunmasına şərait yaradacaqlar.
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 18-01-2020 11:28
Baxış sayı: 41 857Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























