Reklam
Yazıçı Xumar Ələkbərovanın “Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb - ŞƏKİL
10-12-2021 11:28

Azərbaycanlı yazar, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın daha bir əsəri işıq üzü görüb.
Dalidag.az bildirirki ki, bu barədə müəllif özü saytımıza məlumat verib.
AMEA-nın Şərqşünaslıq İnstitutunun dəstəyi ilə ərsəyə gələn, elmi redaktorluğu akademik G.B.Baxşəliyevaya məxsus “Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” adlı əsər ərəb dünyasının Nobel mükafatına layiq görülmüş ilk yazıçısı Nəcib Məhfuzun həyat və yaradıcılığından bəhs edir.
Kitab məhfuzsevərlər üçün əsl tövhədir. Əsərdə dünyaşöhrətli misirli yazarın əsərləri dövrünün tarixi, siyasi-ictimai fonunda tədqiq edilmiş, insan psixologiyasının ən dərin qatlarını özündə əks etdirən bədii qəhrəmanları və talehləri müxtəlif prizmalardan təhlil olunub.
X.Ələkbərova kitabın sonunda yazıçının zəngin ədəbi irsindən “Göy qurşağı”, “Şəkil”, “Əxlaqsız ev”, “Müttəhim”, Hənzəl və polis”, “Naməlum düşmən” və s. hekayələrin tərcüməsini təqdim edib. Bu tərcümələr ərəb ədəbiyyatı sevərləri sevindirməklə yanaşı, N.Məhfuz dühası, bəşəri əhəmiyyətli ədəbi yaradıcılığı haqqında daha dolğun təəssürat yaratmağa imkan verir.
Qeyd edək ki, məşhur Misir yazıçısı N.Məhfuz (1922-1006) ümumilikdə 34 roman, 350 hekayə, 15 ssenari, 5 pyes və yüzlərcə məqalədən ibarət zəngin bir irsi bəşəriyyətə miras buraxmışdır.
Dalidag.az
Kateqoriya: Kitab köşkü
Tarix: 10-12-2021 11:28
Baxış sayı: 31 172Yazı axını
19 / 02 / 2026
19 / 02 / 2026
18 / 02 / 2026
18 / 02 / 2026
18 / 02 / 2026
17 / 02 / 2026
17 / 02 / 2026
17 / 02 / 2026
15 / 02 / 2026
14 / 02 / 2026
14 / 02 / 2026
13 / 02 / 2026
13 / 02 / 2026
12 / 02 / 2026
12 / 02 / 2026
12 / 02 / 2026
11 / 02 / 2026
11 / 02 / 2026
10 / 02 / 2026
09 / 02 / 2026
09 / 02 / 2026
08 / 02 / 2026
07 / 02 / 2026
06 / 02 / 2026
Ən çox oxunanlar










.jpg)
















